“Jurnalistlərdən xahiş edirəm ki, xarici kəlmələrdən istifadə etməsinlər” | Prezident - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanlıların yaşadıqları bəzi ölkələrdə Azərbaycan məktəblərinin olmaması böyük ədalətsizlikdir və buna son qoyulmalıdır”.
Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib.
Dövlət başçısı bildirib ki, bu problemi qismən aradan qaldırmaq üçün onun göstərişi ilə onlayn Azərbaycan dili məktəbləri yaradılır və bu təşəbbüs genişləndirilməlidir:
“Azərbaycanlıların yaşadığı bütün yerlərdə onlayn Azərbaycan dili məktəbləri olmalıdır ki, uşaqlarımız ana dilini bilsinlər”.
Prezident vurğulayıb ki, üçüncü və dördüncü nəsil azərbaycanlıların bir qisminin ana dilini bilməməsi ciddi problemdir və bu məsələdə media nümayəndələrinin, ziyalıların da məsuliyyəti böyükdür:
“Efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan xahiş edirəm ki, xarici kəlmələrdən istifadə etməsinlər. Dil nə qədər saf və təmiz qorunsa, milli kimliyimiz də bir o qədər möhkəm olar”.
#İlham Əliyev teqi istifadə olunub
- “Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV
- "Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV
- "Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV
- Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV
- Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV
