Siyasət
Pleyeri seçin:

Kanadanın yeni səfiri etimadnaməsini İlham Əliyevə təqdim etdi

01 iyul 2024

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Kevin Hamilton Azərbaycanın çox gözəl, dinamik inkişaf edən və mühüm ölkə olduğunu vurğulayıb. Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh müqaviləsi imzalanarsa, regionda əməkdaşlıq üçün yeni imkanların yarana biləcəyinə ümidvarlığını bildirən səfir deyib ki, biz regionda daha yaxşı münasibətlərin qurulmasını arzulayırıq ki, bunun nəticəsində bizim həm Azərbaycan, həm də Ermənistan ilə əlaqələrimiz inkişaf etsin.

Səfir Kanadanın həmişə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirərək ədalətli, əhatəli və daimi sülh müqaviləsi üzərində fəal iş aparıldığından məlumatlı olduğunu deyib.

Dövlət başçısı torpaqlarımızın işğalı dövründə orada etnik təmizləmə və soyqırımının törədildiyini, ərazilərimizin kütləvi şəkildə dağıdıldığını qeyd edib.

Prezident İlham Əliyev həmin dövrdə münaqişənin həlli ilə bağlı çox böyük səylər göstərildiyini, lakin bu səylərin uğursuz olduğunu bildirib. Belə ki, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü münaqişənin həllinə nail ola bilməyib, daha doğrusu olmaq istəməyib. Onların hamısı Ermənistanın həyata keçirdiyi işğalın müxtəlif səbəblər üzündən həmişəlik olmasını istəyirdi.

Dövlət başçısı bu qənaətə prezidentlik fəaliyyətində öz şəxsi təcrübəsi əsasında gəldiyini deyib. Prezident İlham Əliyev 2003-cü ilin sonundan başlayaraq keçmiş Minsk qrupu üçlüyü və Ermənistan tərəfi ilə dəfələrlə görüşdüyünü xatırlayıb və bütün bunların heç bir nəticə vermədiyini deyib.

Dövlət başçısı bildirib ki, keçmiş Minsk qrupunun üzvləri və Ermənistan tərəfi bunu istəmirdi. Ermənistan tərəfi torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi.

Müdafiə Naziri Belarusda hərbçilərimizin paradını izlədi | Mərasimdən görüntülər

Müdafiə Naziri Belarusda hərbçilərimizin paradını izlədi | Mərasimdən görüntülər

Siyasət
03 iyul 2024
Şuşada keçiriləcək Zirvə görüşündə əsas hansı mövzular müzakirə ediləcək?

Şuşada keçiriləcək Zirvə görüşündə əsas hansı mövzular müzakirə ediləcək?

Siyasət
03 iyul 2024
Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü

Siyasət
03 iyul 2024
I Pavelin qızının şərəfinə adlandırılan Oğuz yurdu | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

I Pavelin qızının şərəfinə adlandırılan Oğuz yurdu | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
03 iyul 2024
Prezident Azərbaycanda rus dilində təhsil alan şagirdlərdən danışdı

Prezident Azərbaycanda rus dilində təhsil alan şagirdlərdən danışdı

Siyasət
03 iyul 2024
Bu barədə daha ətraflı danışacağıq | Prezident İlham Əliyev

Bu barədə daha ətraflı danışacağıq | Prezident İlham Əliyev

Siyasət
03 iyul 2024
İlham Əliyev və Putinin Astana görüşündə mühüm müzakirə

İlham Əliyev və Putinin Astana görüşündə mühüm müzakirə

Siyasət
03 iyul 2024
Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqamətləri nələrdir?

Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqamətləri nələrdir?

Siyasət
03 iyul 2024
Putindən Azərbaycanda rus dilinin dəstəklənməsinə münasibət

Putindən Azərbaycanda rus dilinin dəstəklənməsinə münasibət

Siyasət
03 iyul 2024
Putin Rusiya-Azərbaycan arasındakı iqtisadi əlaqələrdən danışdı

Putin Rusiya-Azərbaycan arasındakı iqtisadi əlaqələrdən danışdı

Siyasət
03 iyul 2024
Seçilmişlər
icon