Kaxa Kaladze İlham Əliyevin Gürcüstana dövlət səfərini şərh etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcüstan və Azərbaycan liderlərinin qarşılıqlı səfərləri ölkələr arasında dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir”.
Bunu Tbilisi meri Kaxa Kaladze Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfərini şərh edərkən deyib.
O bildirib ki, region ölkələri arasında dinc və dostluq münasibətlərinin dərinləşdirilməsinin alternativi yoxdur:
“Gürcüstan və Azərbaycan arasında münasibətlər, strateji tərəfdaşlıq vacibdir. Bu səfəri alqışlayıram. Yaxın Şərqdə baş verən çətin prosesləri nəzərə alsaq, sülhdən başqa alternativ yoxdur. Bizim Azərbaycanla dostluq münasibətlərimiz var. Ölkə rəhbərlərinin bu cür səfərləri dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir”.
Kaladzenin sözlərinə görə, Azərbaycan Prezidentindən fərqli olaraq bəzi Avropa siyasətçiləri Gürcüstanın Orta Dəhlizdəki əhəmiyyəti barədə bilərəkdən danışmırlar:
“Geosiyasi mövqeyimiz hər kəs üçün vacibdir. Buna görə də Gürcüstanın bu dəhlizdə iştirakı arzuolunandır. Bəzi Avropa siyasətçilərinin Gürcüstanın bu məsələdəki rolunu qeyd etməməsinin səbəbi siyasi qərardır. Son illərdə ölkəmizə qarşı şantaj, təhqir və təhdidlərin edildiyini görürük. Bu münasibət qəbuledilməzdir. Bilirik ki, bunun səbəbi ölkənin və gürcü xalqının iqtisadi inkişafına zərər verəcək addımlar atmamağımızdandır, buna görə də onlar Gürcüstana qarşı aqressiv münasibət bəsləyirlər”.
#Gürcüstan teqi istifadə olunub
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- Gənc soydaşlarımız 44 günlük müharibənin çətin və şərəfli yolunu canlandırdı - Baku TV
- "Zəfərdən Doğan Qürur" | Qonşu ölkədə tarixi Qələbəmiz qürurla qeyd olundu - Baku TV
- Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI
- İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT
