Kərim Vəliyev pakistanlı general-leytenantla görüşdü
Müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi Kərim Vəliyev Bakıda səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının Baş direktoru Ahsan Gulrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb və iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Kərim Vəliyev Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə keçirilən üçtərəfli birgə hərbi təlimlərin əhəmiyyətini diqqətə çatdıraraq bu kimi təlimlərin ordular arasında təcrübə mübadiləsi, hərbi qulluqçuların peşəkarlığının daha da artırılması baxımından vacibliyini xüsusi qeyd edib.
General-leytenant A.Gulrez iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib.
Sonda iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
#Müdafiə Nazirliyi teqi istifadə olunub
- “Heydər Əliyev – 2026” birgə hərbi təlimi keçirilib
- Şərti terrorçu zərərsizləşdirilib, qrup rəhbəri ələ keçirilib
- XTQ-nin döyüş hazırlığı yoxlanılıb
- Azərbaycan desantları Konyada keçirilən "Anatolian Phoenix - 2026"da iştirak edir - Baku TV CANLI
- Qadın hərbçilər üçün MAXE müddətində hansı dəyişiklik edildi? - ANA XƏBƏR
