Kilsədəki dini kitablar erməni əlifbası ilə yazılmış Oğuz və Qıpçaq ləhcəsindədir
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “İrsimiz” rubrikasının növbəti buraxılışı yayımlanıb.
“Erməni etnik kimlik yox, dini mənsubiyyəti ifadə edir” adlı buraxılışda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov Erməni Qriqoryan kilsəsinin etnik kimliyinin gizlədilməsindən söz açıb.
Onun sözlərinə görə, Erməni Qriqoryan kilsəsinin etnik mənşəyi məlum deyil:
“Erməni etnik kimlik yox, dini mənsubiyyəti ifadə edir. Kilsədəki dini kitablar erməni əlifbası ilə yazılan Oğuz və Qıpçaq ləhcəsindədir. Eçmiədzin kilsəsi etnik kimlik sirrini çox ciddi gizlədir. Axtomar kilsəsindəki barelyefdəki atlının geyimi türklərə aiddir. Erməni tədqiqatçısı barelyefdəki türk təsvirini dəyişdirərək erməniləşdirib. Ermənilər Axtomardakı məzarların başdaşlarını sındırıb, fərqli xaçlar qoyublar”.
O bildirib ki, Alban xaçları bərabərtərəflidir və qədim türklərin Tenqri rəmzidir:
“Qazaxıstanda Alban tayfasının damğası Qafqaz Alban abidələrindəki ilə eynidir. Göytürk yazılarındakı hərflər damğa işarələridir. 1847-ci il xəritəsində Qərbi Azərbaycan ərazisində ermənicə yer adı yoxdur”.