Pleyeri seçin:

Kiyevdə Azərbaycanın Müstəqillik Günü qeyd edildi | "Tariximizdə oxşar məqamlar var" - Baku TV

28 may 2026 407 baxış

Azərbaycan Respublikasının müstəqilliyinin 108-ci ildönümü dünyanın bir çox ölkələrində olduğu kimi, Ukraynanın paytaxtı Kiyevdə də qeyd olunur.

Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən təşkil olunan kütləvi tədbirdə Ukrayna rəsmiləri ilə yanaşı, bu ölkədə təmsil olunan müxtəlif ölkələrin diplomatik nümayəndəliklərinin rəsmiləri də qatılıb. O cümlədən, yerli ictimaiyyət, Azərbaycan diasporunun üzvləri də tədbirdə iştirak ediblər. Ukraynada davam edən müharibə səbəbindən tədbir ciddi təhlükəsizlik tələblərinə əməl edilməklə keçirilib.

Azərbaycanın və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan qəbulda Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb.

Səfir Azərbaycanın müstəqillik uğrunda keçdiyi yoldan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etməsindən və beynəlxalq nüfuzunun artmasından danışıb.

O qeyd edib ki, Azərbaycan hazırda 16 ölkəyə təbii qaz ixrac edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda, ölkənin yaşıl enerji layihələrinə böyük investisiyalar cəlb etdiyi, 2030-cu ilə qədər elektrik enerjisində bərpaolunan mənbələrin payının 40 faizə çatdırılmasının planlaşdırıldığı vurğulanıb.

Səfir Bakıda keçirilən WUF13 forumunun nəticələrindən də danışıb.

Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk və Prezident Ofisi rəhbərinin müavini İqor Jovkva isə iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndiriblər.

İqor Jovkva bildirib ki, Azərbaycan müharibə dövründə Ukraynaya enerji dəstəyini davam etdirib və bu yardımın həcmi 12 milyon dolları keçib.

Tədbirdə Azərbaycan mədəniyyəti və milli mətbəx nümunələri də təqdim olunub.

Banner
Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Siyasət
03 noyabr 2026 407 baxış
Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 407 baxış
Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Siyasət
03 noyabr 2026 407 baxış
"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

Siyasət
03 noyabr 2026 407 baxış
Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Siyasət
03 noyabr 2026 407 baxış
Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
03 noyabr 2026 407 baxış
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 407 baxış
AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

Siyasət
03 noyabr 2026 407 baxış
İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
03 noyabr 2026 407 baxış
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
03 noyabr 2026 407 baxış
Seçilmişlər
icon