Kobaxidze və Paşinyan arasında vacib müzakirə | Sülhlə bağlı hazırıq ki...
Gürcüstanın Baş naziri İrakli Kobaxidze İrəvanda ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.
Bu barədə ölkə mediası məlumat yayıb.
Məlumata görə, ikitərəfli görüş zamanı ölkələr arasında strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Eyni zamanda hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 14-cü iclası çərçivəsində müzakirə ediləcək məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüş zamanı regiondakı mövcud vəziyyət və sülh prosesinin gedişi də müzakirə olunub. İrakli Kobaxidze Gürcüstan hökumətinin dialoqu dəstəkləməyə, regionda sabitliyin və sülhün təmin edilməsinə töhfə verməyə hazır olduğunu bildirib. Bu addımın dövlətlərin davamlı inkişafı üçün vacib amil olduğu vurğulanıb.
Tərəflər hökumətlərarası iqtisadi komissiyanın növbəti iclasının iki ölkə arasında mövcud ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə şərait yaradacağı qənaətinə gəlib.
Görüş zamanı Gürcüstanın Baş naziri N.Paşinyanı Tbilisiyə rəsmi səfərə dəvət edib.
#Gürcüstan teqi istifadə olunub
- Avropa İttifaqı Gürcüstana şərt qoydu
- Hökumətlərimiz arasında olduqca yaxşı münasibətlər qurulub | İrakli Kobaxidze - Baku TV
- Kavelaşvilidən ölkəsinin gələcəyi ilə bağlı açıqlamalar
- Gürcü politoloqlar mövcud vəziyyəti Baku TV-yə şərh etdi - Baku TV
- Gürcüstana gedən xarici vətəndaşlardan yeni sənəd tələb olunacaq - Baku TV
