Pleyeri seçin:
“Köməyimizə ilk qaçanlardan biri...” | Ərdoğandan Azərbaycana minnətdarlıq sözləri
“Bu çətin dövrdə ölkəmizin köməyinə ilk gələnlərdən biri can Azərbaycandır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində deyib.
“Fəlakət xəbərini alar-almaz “Səninləyəm, Türkiyəm!” deyərək qardaş köməyi başladan, avtomobilinin tavanına varını-yoxunu yığaraq millətimizə kömək etməyə çalışan, duaları, dəstəkləri, səmimi göz yaşları ilə kədərimizi bölüşən Azərbaycan xalqının həmrəyliyini heç vaxt unuda bilmərik və unutmayacağıq. Xüsusilə İlham qardaşımızın və hörmətli həyat yoldaşı Mehriban xanımın yardım səfərbərliyimizə verdiyi böyük töhfənin könlümüzdə daim ayrı bir yeri var”, – deyə o qeyd edib.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Qarabağdan həmrəylik alovu yüksəlir - Baku TV
- İlham Əliyev və Pakistanın Baş naziri arasındakı telefon danışığının detalları - Baku TV
- Azərbaycan və Özbəkistan liderləri nələrdən danışdı? | Ağdərədə həyat canlanır - YENİ BİR SƏHƏR
- Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - Baku TV
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ləğv edildi | Prezident Fərman imzaladı - Baku TV
