Koreyadakı həmvətənlərimiz səsvermə prosesinə qoşuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Koreyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsində artıq səsverməyə start verilib.
Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır.
Səfirlikdən verilən məlumata görə, məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, seçicilərin siyahısı tərtib olunub. Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları səsvermədə iştirak edirlər.
Koreya Respubikasındakı səfirliyimizdə yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən Seulda olan səsvermə hüququna malik seçicilər də səs verə bilirlər.
Qeyd edək ki, səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq.
#Cənubi Koreya teqi istifadə olunub
- Rəqabət güclənir: ABŞ, Yaponiya və Cənubi Koreya Çinə qarşı birləşir? - Baku TV CANLI
- Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI
- Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir
- Koreya yarımadasında gərginlik yenidən artır - Baku TV CANLI
- Cənubi Koreyanın ABŞ-yə yatıracağı 50 milyard dollar hansı layihəyə sərf olunacaq? - Baku TV CANLI
