Siyasət
Pleyeri seçin:

Korotçenko Azərbaycana və 3 ölkəyə xəbərdarlıq etdi | Qərb nəyə hazırlaşır?

24 aprel 2024

Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin plastdarmına çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı yaratmalıdırlar.

Bu sözləri “Milli Müdafiə” jurnalının baş redaktoru, rusiyalı politoloq İqor Korotçenko “Nyus.ru”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Qərb ölkələri Rusiya iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin işə salınmasına qarşı çıxmaq istəyirlər:

“Ermənistanın Qərbin təsir plastdarmına çevrilməsinin qarşısını almaq üçün regionun bütün dövlətləri – Rusiya, Azərbaycan, Türkiyə, İran birləşməlidir. Bu gün ABŞ, AB, Fransa İrəvanı elə “Troya atı”na çevirmək istəyirlər ki, bundan istifadə edərək yeni qeyri-sabitlik yarada, yeni silahlı münaqişələr törədə və nəticədə regionu xaosa sürükləyə bilsinlər.

Fakt budur ki, Şimal-Cənub dəhlizi regiondan keçir və bu, Qərbin sanksiyalarından yan keçmək və Rusiya iqtisadiyyatının dayanıqlı fəaliyyəti üçün zəruri logistikanı təmin etmək baxımından Rusiya üçün kritik əhəmiyyət kəsb edir”.

Ekspert qeyd edib ki, Qərb digər məsələlərlə yanaşı, Cənubda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir:

“Region ölkələrinin liderləri ən azı Təhlükəsizlik Şuralarının katibləri səviyyəsində məsləhətləşmələrə getməlidirlər. Çin bu təklifə xüsusi diqqət yetirməlidir. Cənubi Qafqazda sabitliyin pozulması Mərkəzi Asiyada sabitliyin pozulması deməkdir və bu birbaşa Çinin özünün maraqlarına toxunur.

Başqa sözlə, bu format bizə Qərbin Cənubi Qafqaz regionunu və daha geniş kontekstdə onun ətrafındakı məkanı qarşıdurma və sabitliyi pozma meydanına çevirməsinin qarşısını almaq üçün yol xəritəsini birgə hazırlamağa kömək edəcək”.

Azərbaycanın qələbəsini həzm edə bilməyən ABŞ-nin riyakar oyunu

Azərbaycanın qələbəsini həzm edə bilməyən ABŞ-nin riyakar oyunu

Siyasət
05 may 2024
Mehriban Əliyeva xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib

Mehriban Əliyeva xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib

Siyasət
05 may 2024
AK-nin nümayəndəsi minatəmizləmə prosesi ilə tanış oldu

AK-nin nümayəndəsi minatəmizləmə prosesi ilə tanış oldu

Siyasət
05 may 2024
XİN başçıları viza rejiminin aradan qaldırılması ilə bağlı saziş imzaladı

XİN başçıları viza rejiminin aradan qaldırılması ilə bağlı saziş imzaladı

Siyasət
05 may 2024
Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olundu

Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olundu

Siyasət
05 may 2024
Azərbaycanla bağlı yayılan hesabatlar diqqətlə izlənilir | Oqtay Qasımov

Azərbaycanla bağlı yayılan hesabatlar diqqətlə izlənilir | Oqtay Qasımov

Siyasət
05 may 2024
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi

Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi

Siyasət
05 may 2024
Qərb dairələri post-sovet ölkələrinin daxili işinə niyə qarışır?

Qərb dairələri post-sovet ölkələrinin daxili işinə niyə qarışır?

Siyasət
05 may 2024
Tarixdə iz buraxan Qaraiman bəyliyinin izləri | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Tarixdə iz buraxan Qaraiman bəyliyinin izləri | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
04 may 2024
Keşişin toruna düşən Koçaryandan hiyləgər addım | Tavuşda aksiyaların əsl səbəbi

Keşişin toruna düşən Koçaryandan hiyləgər addım | Tavuşda aksiyaların əsl səbəbi

Siyasət
04 may 2024
Seçilmişlər
icon