Pleyeri seçin:

Korotçenko dövlət başçılarının görüşünü şərh etdi | Laçın Qafqazın İsveçrəsi hesab edilə bilər

09 oktyabr 2024 362 baxış

Rusiya Prezidenti Vladimir Putinin qısa zaman öncə Azərbaycana rəsmi səfəri, onun ardınca isə oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında Azərbaycanın Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi Rusiyanın dövlətimizə qarşı xüsusi diqqətindən xəbər verir.

Azərbaycan və Rusiya dövlət başçılarının görüşünü şərh edən rusiyalı politoloq İqor Korotçenko bildirib ki, görüş zamanı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətinə xüsusi diqqət ayırıb:

“Laçın uzun illər Ermənistanın işğalı altında olub. Geri qaytarıldıqdan sonra şəhərin dirçəlməsi üçün böyük işlər görülüb. Mən orada olub gözəlliklərin şahidi olmuşam. Demək olar ki, ekoloji xüsusiyyətlərin unikal birləşməsinə görə Laçın Qafqazın İsveçrəsi hesab edilə bilər. Bu gün Ermənistanın da razılığı ilə Laçının mədəniyyət paytaxtı statusu alması Azərbaycanın diplomatik qələbəsindən xəbər verir.

Azərbaycanın ədalətli mövqeyi Rusiya Federasiyası tərəfindən tam dəstəklənir və Moskva Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının ən qısa zamanda baş tutması üçün hər şeyi edəcək. Bu, xüsusilə erməni lobbilərinin dəstəyi ilə Qərb dövlətlərinin Azərbaycanı qaralamaq cəhdləri fonunda vacibdir.

Bütövlükdə iki ölkənin liderləri arasında keçirilən görüşün nəticələri onu göstərir ki, əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Bu münasibət digər ölkələr üçün bir nümunə olmalıdır. İlham Əliyevin Moskvaya gəlişi, sammitdə iştirakı və Vladimir Putinlə görüşü Azərbaycanın onlarla dövlətin bu gün ayaqlaşmağa çalışdığı məsuliyyətli, hörmətli bir ölkə olduğunu nümayiş etdirdi”.

İqor Korotçenko əlavə edib ki, Ermənistan rəhbərliyinin Azərbaycanın COP29 sammitindən guya Ermənistana hücuma hazırlıq məqsədilə “tüstü pərdəsi” kimi istifadə etdiyini iddia edərək Bakıya səfər etməkdən çəkinməyə çağıran yalan dolu təbliğatı təəssüf doğurur.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 362 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 362 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 362 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 362 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 362 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 362 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 362 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 362 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 362 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 362 baxış
Seçilmişlər
icon