Siyasət
Pleyeri seçin:

Laçın hava limanı nə zaman tamamlanacaq?

26 avqust 2023

Avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

“AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev dövlət başçısına və birinci xanıma hava limanında görülən işlər barədə məlumat verib.

Bildirilib ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2025-ci ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq.

Laçın dağlıq bölgə olduğuna görə ərazinin hamarlanması işləri davam etdirilir. Hazırda uçuş-enmə zolağının, yönəldici yolların, perronun tikiləcəyi ərazilərdə genişmiqyaslı torpaq işləri həyata keçirilir. Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək.

Terminal binasında bünövrənin beton işləri tam başa çatdırılıb, metal konstruksiyaların yığılması üzrə işlərin 95 faizi yerinə yetirilib. Terminalın dam örtüyü işlərinə başlanılıb. Hava limanının aeronaviqasiya qülləsi və köməkçi binalarında təməlqoyma işləri görülür.

Qeyd edilib ki, Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir.

COP29-da diqqətçəkən məqamlar | Kollektiv Qərbə sərt reaksiya

COP29-da diqqətçəkən məqamlar | Kollektiv Qərbə sərt reaksiya

Siyasət
23 noyabr 2024
COP29-un on üçüncü günündə nələr müzakirə ediləcək?

COP29-un on üçüncü günündə nələr müzakirə ediləcək?

Siyasət
23 noyabr 2024
Paşinyandan sülhlə bağlı mühüm açıqlama

Paşinyandan sülhlə bağlı mühüm açıqlama

Siyasət
23 noyabr 2024
Ekspert delimitasiya prosesinə mane olan səbəbləri açıqladı

Ekspert delimitasiya prosesinə mane olan səbəbləri açıqladı

Siyasət
23 noyabr 2024
Bir qarış torpağımız belə Ermənistan nəzarətində qala bilməz | Hərbi ekspert

Bir qarış torpağımız belə Ermənistan nəzarətində qala bilməz | Hərbi ekspert

Siyasət
23 noyabr 2024
COP29-un baş danışıqçısı həllini tapmayan məsələlərdən danışdı | Bu məqsədəuyğun deyil

COP29-un baş danışıqçısı həllini tapmayan məsələlərdən danışdı | Bu məqsədəuyğun deyil

Siyasət
23 noyabr 2024
Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon