Pleyeri seçin:

Laos Prezidenti “ASAN xidmət”də | “Bu fəaliyyəti yüksək qiymətləndirirəm, arzumdur ki...” - Baku TV

14 oktyabr 2026 147 baxış

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ölkəmizə səfəri çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

“ASAN xidmət”in intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.

Laos Xalq Demokratik Respublikasının Prezidenti “ASAN xidmət”in fəaliyyətindən təsirləndiyini, onun innovativ və vətəndaş məmnunluğuna əsaslanan xidmət modelini yüksək qiymətləndirdiyini vurğulayıb:

“ASAN xidmət” mərkəzində göstərilən xidmətlər məndə çox müsbət təəssürat yaratdı. Mərkəz vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək, onların buradan məmnun və xoş təəssüratlarla ayrılmasını təmin etmək üçün əlindən gələni edir. Azərbaycan vətəndaşlarının “ASAN xidmət”in fəaliyyətindən məmnunluq səviyyəsinin 99,8 faiz olması çox yüksək göstəricidir və məndə böyük təəssürat yaratdı. Bu, vətəndaşların dövlətə hörmətini və etimadını da gücləndirir.

“ASAN xidmət” yalnız mərkəzlərdə xidmət göstərməklə kifayətlənmir, həm də səyyar avtobuslar vasitəsilə ucqar və kənd yerlərində yaşayan insanlara xidmətləri çatdırır. “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirirəm. Həmçinin arzu edirəm ki, “ASAN xidmət” indiyədək olduğu kimi, bundan sonra da dünyanın müxtəlif ölkələrində mükafatlar qazanmağa və beynəlxalq səviyyədə tanınmağa davam etsin”.

O, ASAN təcrübəsinin öyrənilməsi və ölkəsində tətbiqi imkanlarının araşdırılması ilə bağlı müvafiq göstəriş verəcəyini bildirib.

Banner
"Ermənistan bu 2 məsələdə real addım atmır" | Bağdad Bəyannaməsi sülhü yaxınlaşdıracaqmı? - Baku TV

"Ermənistan bu 2 məsələdə real addım atmır" | Bağdad Bəyannaməsi sülhü yaxınlaşdıracaqmı? - Baku TV

Siyasət
20 oktyabr 2026 147 baxış
Vətəndaşlara çağırış, Tehranın sərt şərtləri, müharibə ehtimalı - AKTUAL GÜNDƏM

Vətəndaşlara çağırış, Tehranın sərt şərtləri, müharibə ehtimalı - AKTUAL GÜNDƏM

Siyasət
20 oktyabr 2026 147 baxış
Çar arxivləri üzə çıxardı: Əkərəkdə 1949-cu ilə qədər kimlər yaşayıb? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Çar arxivləri üzə çıxardı: Əkərəkdə 1949-cu ilə qədər kimlər yaşayıb? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
20 oktyabr 2026 147 baxış
Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV

Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV

Siyasət
20 oktyabr 2026 147 baxış
Bakı ilə İrəvan arasında ticarət rəqəmləri | Tehrandan Vaşinqtona 7 günlük təklif - YENİ BİR SƏHƏR

Bakı ilə İrəvan arasında ticarət rəqəmləri | Tehrandan Vaşinqtona 7 günlük təklif - YENİ BİR SƏHƏR

Siyasət
20 oktyabr 2026 147 baxış
Sülh gündəliyi, seçki hesabı, yoxsa dəyişən güc balansına ümid? - Baku TV

Sülh gündəliyi, seçki hesabı, yoxsa dəyişən güc balansına ümid? - Baku TV

Siyasət
20 oktyabr 2026 147 baxış
Prezidentdən Vətən müharibəsi ilə bağlı paylaşım

Prezidentdən Vətən müharibəsi ilə bağlı paylaşım

Siyasət
19 oktyabr 2026 147 baxış
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
19 oktyabr 2026 147 baxış
Paşinyan Cənubi Qafqazda güc balansının dəyişəcəyini gözləyir? - AKTUAL GÜNDƏM

Paşinyan Cənubi Qafqazda güc balansının dəyişəcəyini gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
19 oktyabr 2026 147 baxış
Azərbaycana qarşı hansı siyasi xətt formalaşdırılır?

Azərbaycana qarşı hansı siyasi xətt formalaşdırılır?

Siyasət
19 oktyabr 2026 147 baxış
Seçilmişlər
icon