Latviya Prezidentinin Azərbaycanda rəsmi qarşılanma mərasimi - Baku TV
Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib.
Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Edqars Rinkeviçsə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunublar.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Edqars Rinkeviçsin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşündən görüntülər - Baku TV
- Latviya Prezidenti Edqars Rinkeviçsin Bakıda rəsmi qarşılanma mərasimi
- Aleksandar Vuçiç İlham Əliyevə zəng edib | Prezidentlər hansı məsələlərdən danışdı? - Baku TV
- Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edildi - Baku TV
- Pakistanın Baş naziri Şahbaz Şərif Prezident İlham Əliyevlə olan görüşündən paylaşım edib - Baku TV
