Orta Dəhliz Avropa üçün niyə əhəmiyyət daşıyır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Geosiyasi dəyişikliklər, eləcə də Rusiya və Yaxın Şərqdəki ənənəvi marşrutlarla bağlı problemlər fonunda Avropa İttifaqı Azərbaycan və Ermənistanın, həmçinin Türkiyənin əsas rol oynadığı alternativ nəqliyyat və enerji əlaqələrini daha fəal şəkildə inkişaf etdirməlidir.
Bu barədə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos Avropa Parlamentinin Xarici İşlər Komitəsinin növbədənkənar dinləmələrində bildirib.
Marta Kos vurğulayıb ki, Aİ artıq Bakı ilə əməkdaşlıq edir və hazırda Naxçıvan dəmir yolu üçün texniki-iqtisadi əsaslandırma hazırlayır.
Avrokomissarın sözlərinə görə, paralel olaraq nəqliyyat əlaqəliliyinin yaxşılaşdırılması üzrə Ankara ilə danışıqlar davam edir.
Marta Kos qeyd edib ki, Aİ Ermənistanı da regionda dayanıqlı nəqliyyat, enerji və rəqəmsal əlaqələrin yaradılması üzrə daha geniş strategiyanın iştirakçılarından biri kimi nəzərdən keçirir.
“Aİ artıq Ermənistan və Gürcüstan arasında enerji sistemi layihəsini maliyyələşdirib, bu da regionun enerji dayanıqlılığını artırmalıdır. Əlaqəlilik həm də sülhə verilən töhfədir”, – deyə o bildirib və əlavə edib ki, Aİ iki ölkə arasındakı dialoqa dəstəyini gücləndirir.
Marta Kos Türkiyənin Aİ-nin əsas tranzit və ən böyük ticarət tərəfdaşlarından biri, həmçinin Qara dəniz regionu kontekstində təhlükəsizlik sahəsində mühüm oyunçu kimi strateji əhəmiyyətini xüsusi olaraq vurğulayıb.
#Avropa İttifaqı teqi istifadə olunub
- Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu
- Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV
- Rusiya XİN Aİ və NATO rəhbərliyini ittiham etdi
- Ursula Fon der Lyayenin Kanadaya assosiativ üzvlük təklifinə qarşı narazılıqlar var
- "Putindən başqa hamı sülh istəyir" | Rusiya bu zəngə sevinir, yoxsa...? - Baku TV
