Kallas Lüksemburq görüşünün yekunlarına dair sualları cavablandırıb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı nümayəndələri Azərbaycanla münasibətlərin inkişafı üzrə gələcək addımları müzakirə edərək minatəmizləmə sahəsində ölkəyə dəstəyin genişləndirilməsi ehtimalını istisna etməyiblər.
Bu barədə "Report"un Avropa bürosuna Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Lüksemburqda Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
"Bəli, biz Azərbaycanla münasibətlər kontekstində daha nələr edə biləcəyimizi müzakirə etdik. Bir sıra istiqamətlər üzrə daha fəal işləməli, energetika və ticarət kimi qarşılıqlı maraq doğuran məsələlərdə əlaqələri gücləndirməliyik. Azərbaycan Avropa İttifaqı ölkələri üçün çox etibarlı enerji tərəfdaşı olub və belə də qalır", – deyə o bildirib.
Kallas vurğulayıb ki, Avropa sabit və təhlükəsiz Cənubi Qafqazda maraqlıdır, Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyiş isə bütün region üçün real imkan təşkil edir.
#Avropa İttifaqı teqi istifadə olunub
- “Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri
- Hörmüzdəki gərginlik Avropaya Ukrayna müharibəsindən daha ağır təsir edə bilər? - Baku TV
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV
