Leyla Əliyeva Berlində işgüzar səfərdə olub
Yeniliklərdən dərhal xəbərdar olun
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Berlinə işgüzar səfəri çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzində IDEA İB-nin təşkilatçılığı ilə keçirilən “Təbiətə qayıdış: Azərbaycanda zubr populyasiyasının bərpası” adlı tədbirdə iştirak edib.
Çıxış edənlər tədbirin əhəmiyyətindən bəhs edib, ölkəmizdə zubr populyasiyasının bərpası və inkişafı üzrə görülən işlərin vacibliyini iştirakçıların diqqətinə çatdırıblar.
Leyla Əliyeva səfər çərçivəsində ayrıca görüşlər də keçirib, təbiəti mühafizə, canlı aləmin konservasiyası və bərpası sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.
Həmçinin Bakı və Berlin zooparkları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə əsasən, zooparklar öz aralarında məlumat, bilik və təcrübə mübadiləsi keçirəcək, habelə əməkdaşlar üçün birgə təlimlər təşkil edəcəklər.
#Leyla Əliyeva teqi istifadə olunub
- İlham Əliyev və ailə üzvləri rəssamın 80 illiyinə həsr olunan sərgi ilə tanış olublar - Baku TV
- Buxaranın sənət xəzinəsi | Leyla Əliyeva Biennalesinin əsərləri ilə tanış olub - Baku TV
- Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış oldular - Baku TV
- Mehriban Əliyeva və qızı Leyla Əliyeva Daşkənddə incəsənət məkanında - Baku TV
- "Mənə piano hədiyyə etdi, dedi ki..." | Leyla Əliyeva Uşaq evini ziyarət etdi - Baku TV
