Leyla Əliyeva İsveçrədə işgüzar görüşlər keçirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdədir.
Səfər çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının Cenevrə qlobal ofisinin direktoru Cankarlo Çirri və BMT Ətraf Mühit Proqramının Avropa üzrə yeni təyin olunmuş regional direktoru Arnold Kraylhuberlə görüş keçirilib.
Danışıqlar zamanı Leyla Əliyeva IDEA İctimai Birliyinin Azərbaycanda və bölgəmizdən kənarda BMT qurumları ilə çoxşaxəli əməkdaşlıq nümunələrini diqqətə çatdırıb, daha sıx tərəfdaşlığa hazır olduqlarını vurğulayıb.
IDEA İctimai Birliyinin rəhbəri hər iki BMT proqramının nümayəndəsini noyabrda Bakıda keçiriləcək COP29 konfransına dəvət edib.
#Heydər Əliyev Fondu teqi istifadə olunub
- Bakı Beynəlxalq İncəsənət Festivalı öz işinə başladı - Baku TV
- Böyük şairin doğma yurdu - Qazaxda Vaqif Poeziya Günləri başlayıb - Baku TV
- Xalq artisti Flora Kərimovanın səhhəti ilə bağlı son vəziyyət - Baku TV
- Xalq artisti Flora Kərimovanın səhhəti ilə bağlı son vəziyyət - Baku TV CANLI
- Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - Baku TV
