Leyla Əliyeva və Arzu Əliyeva Əminə Ərdoğanın təşəbbüsü ilə keçirilən sərgidə iştirak etdilər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda Türkiyə evində təşkil olunmuş "Gəlin xəzinəsi: Osmanlı və Anadolu çeyizləri" adlı sərgidə iştirak ediblər. Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü və himayəsi ilə keçirilən bu tədbir zəngin türk mədəniyyətini və minillik əl işi ənənələrini beynəlxalq ictimaiyyətə təqdim etmək məqsədi daşıyır. Baku TV-nin süjetində Leyla Əliyeva və Arzu Əliyevanın sərgidə nümayiş etdirilən nadir eksponatlarla tanışlığı, Azərbaycan və Türkiyə arasındakı mədəni əlaqələrin sarsılmazlığı və ortaq mirasın qorunması istiqamətində görülən işlər işıqlandırılır. Sərgidə nümayiş olunan unikal nümunələr və iki qardaş ölkənin nümayəndələrinin səmimi görüşü reportajın əsas kadrlarını təşkil edir.
#Leyla Əliyeva teqi istifadə olunub
- Buxaranın sənət xəzinəsi | Leyla Əliyeva Biennalesinin əsərləri ilə tanış olub - Baku TV
- Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış oldular - Baku TV
- Mehriban Əliyeva və qızı Leyla Əliyeva Daşkənddə incəsənət məkanında - Baku TV
- "Mənə piano hədiyyə etdi, dedi ki..." | Leyla Əliyeva Uşaq evini ziyarət etdi - Baku TV
- Leyla Əliyeva və Arzu Əliyeva Lənkərana səfər ediblər - Baku TV
