Macarıstanın Baş naziri Türkiyədəki seçkinin nəticəsini dəyərləndirdi
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəllər taxıl müqaviləsi ilə bağlı olduğu kimi, Ukrayna münaqişəsinin həllində də vasitəçi kimi çıxış edə bilər”.
Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. O qeyd edib ki, iyunun 3-də Ankarada seçkilərdə qalib gələn R.T.Ərdoğanın andiçmə mərasimində iştirak edib.
“R.T.Ərdoğanın qələbəsi onun sülhsevər mövqeyini nəzərə alsaq, bizə əlavə bir nəfəs kimi lazım idi. Əgər o, qalib gələ bilməsəydi, Türkiyə prezidentliyində müharibəni təbliğ edən bir şəxs olar və bunun nəticələri gözlənilməz olardı. Türkiyə Prezidentinin taxıl tədarükü böhranı ilə bağlı etdiyi kimi, ukraynalılarla rusiyalılar arasında da vasitəçilik etmək şansı var”, – deyə V.Orban R.T.Ərdoğanın andiçmə mərasiminin videosunu “Twitter”də yerləşdirərək yazıb.
#Türkiyə teqi istifadə olunub
- "Türkiyə Qarabağla bağlı bu təşəbbüsü irəli sürdü" | Əli Əsədov - Baku TV
- Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib
- Netanyahu Suriyada yeni bir böhran yaratmağa çalışır?
- İŞİD-lə mübarizə üçün əməkdaşlıq müzakirə olunub
- “Dövriyyəni daha yüksək səviyyəyə qaldırmaq üçün imkanlar var” | Əli Əsədov
