Pleyeri seçin:

Markov Rusiyadakı azərbaycanlılardan danışdı | Aranı qatmaq istəyənlər...

12 fevral 2025 335 baxış

“Rusiya ilə Azərbaycan dost dövlətlər, qardaş xalqlardır. Bəzi insanların vəziyyətdən sui-istifadə etmək niyyətləri gerçəkləşməyəcək”.

Bunu rusiyalı politoloq Sergey Markov Rusiya-Azərbaycan münasibətlərini şərh edərkən deyib.

O əlavə edib ki, Federasiyada əslən azərbaycanlı olub Rusiya vətəndaşlığı alaraq ölkə iqtisadiyyatına töhfə verən kifayət qədər insan var.

“İllər öncə işləmək üçün Rusiyaya gəlib sonradan vətəndaşlıq alan çox sayda insan var. Onların və Azərbaycandan gələn digər miqrantların təqib edilməsi yolverilməzdir, doğru deyil. Təəssüflər olsun ki, Rusiyada yetərincə türkofob qüvvələr var, onlar insanları repressiyaya məruz qoyurlar. Bu adamlar AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı üzərində Rusiya Hava Hücumundan Müdafiə sistemindən açılan atəş nəticəsində qəzaya uğraması hadisəsindən istifadə edərək Rusiya ilə Azərbaycan arasında münasibətləri gərginləşdirmək istəyirlər.

Əmin edirəm ki, Rusiya cəmiyyəti azərbaycanlılara qarşı bu cür nifrətin əleyhinədir. Rusiya rəhbərliyi dəfələrlə təsdiqləyib ki, o, heç vaxt milli mənsubiyyətinə görə insanların təqibinə yol verməyəcək. Rusiya və Azərbaycan dost dövlətlər, qardaş xalqlardır.

Əminəm ki, bir müddət sonra ölkələr arasında yaşanan gərginlik aradan qaldırılacaq. Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ortaya çıxan problemlər öz həllini tapacaq. Rusiyada ölkələr arasında münaqişə yaratmaq istəyən, dostluq münasibətlərinə xələl gətirən insanlara qarşı ciddi tədbirlər görüləcək, bu, yolverilməzdir. Onların vəziyyətdən istifadə etmək niyyətləri gerçəkləşməyəcək”, – deyə politoloq əlavə edib.

Sergey Markov vurğulayıb ki, hazırda yaşananlara baxmayaraq, Rusiya ilə Azərbaycan dostluğu daha da irəliləyəcək. 

Prezident və Koştanın bəyanatlarla çıxışı

Prezident və Koştanın bəyanatlarla çıxışı

Siyasət
11 mart 2026 335 baxış
Müctəba Xameneidən dünyaya meydan oxuyan qərar: Bütün nüvə müqavilələri ləğv edildi! - AKTUAL GÜNDƏM

Müctəba Xameneidən dünyaya meydan oxuyan qərar: Bütün nüvə müqavilələri ləğv edildi! - AKTUAL GÜNDƏM

Siyasət
11 mart 2026 335 baxış
XIII Qlobal Bakı Forumuna həsr olunan mətbuat konfransı keçirilib

XIII Qlobal Bakı Forumuna həsr olunan mətbuat konfransı keçirilib

Siyasət
11 mart 2026 335 baxış
Paşinyan İlham Əliyevə təşəkkür etdi - Baku TV CANLI

Paşinyan İlham Əliyevə təşəkkür etdi - Baku TV CANLI

Siyasət
11 mart 2026 335 baxış
Ermənistan TRIPP layihəsinin reallaşmasını gecikdirmək istəmir

Ermənistan TRIPP layihəsinin reallaşmasını gecikdirmək istəmir

Siyasət
11 mart 2026 335 baxış
İlham Əliyev Antonio Koşta ilə bir araya gəldi

İlham Əliyev Antonio Koşta ilə bir araya gəldi

Siyasət
11 mart 2026 335 baxış
Prezident İlham Əliyev Antonio Koşta ilə təkbətək görüşdə

Prezident İlham Əliyev Antonio Koşta ilə təkbətək görüşdə

Siyasət
11 mart 2026 335 baxış
İlham Əliyev Antonio Koşta ilə birgə mətbuat qarşısında - Baku TV

İlham Əliyev Antonio Koşta ilə birgə mətbuat qarşısında - Baku TV

Siyasət
11 mart 2026 335 baxış
ABŞ çətin sınaq qarşısında qalıb? - AKTUAL GÜNDƏM

ABŞ çətin sınaq qarşısında qalıb? - AKTUAL GÜNDƏM

Siyasət
11 mart 2026 335 baxış
İlham Əliyev və Antonio Koşta mətbuata birgə bəyanatlarla çıxış ediblər - Baku TV

İlham Əliyev və Antonio Koşta mətbuata birgə bəyanatlarla çıxış ediblər - Baku TV

Siyasət
11 mart 2026 335 baxış
Seçilmişlər
icon