Pleyeri seçin:

Markov Trampın Moskva və Bakı ilə əlaqələrindən danışdı | Azərbaycanın mövqeyi güclənəcək

13 dekabr 2024 169 baxış

Tramp üçün Cənubi Qafqaz prioritetlər baxımından periferik olacaq. O, bura fəal təsir göstərməyəcək. Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışacaq.

Bunu rusiyalı politoloq Sergey Markov “Moskva-Bakı”ya müsahibəsində deyib.

“O, Ukrayna ətrafındakı vəziyyətin həllinə kömək edə bilsə, onda Moskvanın Cənubi Qafqazda daha geniş fəaliyyət üçün böyük ölçüdə sərbəst əli olacaq. Bu o deməkdir ki, Azərbaycanın regionda mövqeyi güclənəcək, çünki Rusiya regionda Bakı ilə faktiki müttəfiqlik münasibətlərinə malikdir və bu və ya digər dərəcədə Rusiyanın Ermənistanla böhranlı münasibətləri davam edəcək. Məlumdur ki, Makron Cənubi Qafqazda aktiv siyasət yürütməyə çalışır. Lakin Trampın Fransa Prezidentinə qarşı kifayət qədər tənqidi münasibəti var. Onların arasında ziddiyyətli münasibətlər Fransa Prezidentinin Cənubi Qafqazda fəallığının azalmasına səbəb ola bilər”, – o bildirib.

Markovun fikrincə, Paşinyan Qərbdə dəstək qazanmaq cəhdlərindən məyus ola və Bakı ilə sülh sazişi üzrə real danışıqlar masasına əyləşə bilər:

“Paşinyan hələ də Qərbdən real dəstək gözləyir. Bundan əlavə, çox güman ki, Ermənistan KTMT-dən çıxmayacaq, bu, onun üçün sərfəli deyil. Qərb Ermənistanın KTMT-dən çıxmasından yana deyil, İrəvanın onun casusu olması və KTMT-ni daxildən məhv etməsindən yanadır.

Bundan əlavə, unutmaq olmaz ki, Azərbaycan Prezidenti ABŞ-nin daxili işlərinə qarışmadan yumşaq formada Amerika seçkisi öncəsi Tramp haqqında çox müsbət fikirlər səsləndirib.

Bu isə o deməkdir ki, Tramp Azərbaycana müsbət münasibət bəsləyir. Eyni zamanda Paşinyan daha çox demokratlarla ortaq dil tapır. İlham Əliyev - Nikol Paşinyan cütlüyündə isə Tramp Azərbaycan prezidentini seçməyə üstünlük verir və ona hörmətlə yanaşır.

Beləliklə, Ermənistanın Baş nazirinin Moskva, Vaşinqton və Brüssel arasında yellənməyə davam etməkdən başqa yolu qalmayacaq”.

Belqradda Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələri ziyarət edildi

Belqradda Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələri ziyarət edildi

Siyasət
15 fevral 2026 169 baxış
Prezident və xanımı Ümummilli Lider Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət etdi

Prezident və xanımı Ümummilli Lider Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət etdi

Siyasət
15 fevral 2026 169 baxış
İlham Əliyev Serbiyada | Rəsmi qarşılanma mərasimindən görüntülər - Baku TV

İlham Əliyev Serbiyada | Rəsmi qarşılanma mərasimindən görüntülər - Baku TV

Siyasət
15 fevral 2026 169 baxış
Prezidentin Belqrad şəhərinin Nikola Tesla Hava Limanında qarşılanma anı - Baku TV

Prezidentin Belqrad şəhərinin Nikola Tesla Hava Limanında qarşılanma anı - Baku TV

Siyasət
15 fevral 2026 169 baxış
İlham Əliyev Serbiyada | Rəsmi qarşılanma mərasimindən görüntülər - CANLI

İlham Əliyev Serbiyada | Rəsmi qarşılanma mərasimindən görüntülər - CANLI

Siyasət
15 fevral 2026 169 baxış
Rusiya XİN Azərbaycanın Ukraynadakı səfirliyinə edilən hücumlara münasibət bildirdi - Baku TV

Rusiya XİN Azərbaycanın Ukraynadakı səfirliyinə edilən hücumlara münasibət bildirdi - Baku TV

Siyasət
15 fevral 2026 169 baxış
Dəhliz ABŞ administrasiyası üçün vacib olacaq | İlham Əliyev - Baku TV

Dəhliz ABŞ administrasiyası üçün vacib olacaq | İlham Əliyev - Baku TV

Siyasət
15 fevral 2026 169 baxış
İlham Əliyev Münxendə Cared Kohen ilə görüşüb - Baku TV

İlham Əliyev Münxendə Cared Kohen ilə görüşüb - Baku TV

Siyasət
14 fevral 2026 169 baxış
İlham Əliyevdən Ermənistan təmsilçisinin təxribatçı sualına cavab - Baku TV

İlham Əliyevdən Ermənistan təmsilçisinin təxribatçı sualına cavab - Baku TV

Siyasət
14 fevral 2026 169 baxış
İlham Əliyev Mərkəzi Asiya ölkələrinin rolunu vurğulayıb - Baku TV

İlham Əliyev Mərkəzi Asiya ölkələrinin rolunu vurğulayıb - Baku TV

Siyasət
14 fevral 2026 169 baxış
Seçilmişlər
icon