Media nümayəndələri mükafatlandırıldı | İlham Əliyev sərəncam imzaladı
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə 26 nəfərə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 1 nəfərə 1-ci dərəcəli “Əmək” ordeni, 10 nəfərə 3-cü dərəcəli “Əmək” ordeni, 137 nəfərə isə “Tərəqqi” medalı verilib. Həmçinin 26 nəfər “Əməkdar jurnalist” fəxri adı, 3 nəfər isə Prezidentin fərdi təqaüdü ilə mükafatlandırılıb.
Qeyd edək ki, təltif olunanlar arasında “Global Media Group”a daxil olan media strukturlarının, o cümlədən “Baku TV”nin əməkdaşları ‒ “Baku TV” MMC-nin direktoru Ramin Cəfərov, İnformasiya proqramları və Qərbi Azərbaycan departamentinin rəhbəri Turan İbrahimov və Xəbərlər departamentinin məsul redaktoru Azadə Balayeva da var.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
- İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV
- İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV
