Pleyeri seçin:

Meloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi? - Baku TV

05 may 2026 322 baxış

Cənubi Qafqazın geosiyasi xəritəsində yeni konturlar cızılır.

Bu dəfə həmin xətt Bakıda Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini göstərən mühüm mesajlarla çəkildi.

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri diplomatik protokol çərçivəsinə sığmayan hadisə idi. Səfərin xüsusi siyasi çəkisi vardı. Çünki Meloni Ermənistandakı proqramını başa vurduqdan dərhal sonra Bakıya gəlib.

Prezident İlham Əliyev də bu detalı xüsusi vurğulayaraq bunu Azərbaycana göstərilən hörmətin və münasibətlərin dərinliyinin göstəricisi kimi qiymətləndirib.

İki ölkə arasında artıq illərdir formalaşan strateji tərəfdaşlıq bu gün yeni mərhələyə qədəm qoyur. Enerji, müdafiə sənayesi, investisiya, təhsil və regional təhlükəsizlik. Bir sözlə, Bakı ilə Romanın gündəliyi kifayət qədər genişdir.

Azərbaycanın İtaliyanın əsas enerji tərəfdaşlarından biri olması münasibətlərin iqtisadi sütununu təşkil edir. Təkcə ötən il tərəflər arasında ticarət dövriyyəsi 12 milyard dollara yaxın olub. Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdədir.

Prezident İlham Əliyev görüşün əsas istiqamətlərindən birinin enerji əməkdaşlığının genişləndirilməsi olduğunu bildirib.

Bu gün enerji iqtisadi maraq olmaqla yanaşı, həm də geosiyasi alətə çevrilib. Xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələsinin prioritet olduğu bir dönəmdə Azərbaycanın İtaliya üçün rolu daha da artır.

Meloni də bunu açıq şəkildə etiraf etdi. O bildirdi ki, Ukrayna müharibəsindən sonra Azərbaycanın enerji resursları İtaliyanın enerji təhlükəsizliyində müəyyənedici amilə çevrilib.

Ancaq Bakı-Roma əməkdaşlığı yalnız boru xətləri ilə ölçülmür. Müdafiə sənayesi, aerokosmik texnologiyalar, dəniz təhlükəsizliyi, infrastrukturun qorunması və üçüncü ölkələrdə birgə layihələr gündəliyin yeni istiqamətləridir.

Meloninin Azərbaycanın İranda təhlükə ilə üzləşən İtaliya vətəndaşlarının təxliyəsində göstərdiyi dəstəyə görə Bakıya təşəkkür etməsi isə münasibətlərin yalnız maraqlara deyil, qarşılıqlı etimada söykəndiyini göstərir.

Bəlkə də bu səfərin ən mühüm mesajı budur. Beynəlxalq münasibətlərin tez-tez dəyişən küləkləri fonunda Bakı və Roma sabit istiqamət seçib.

Bu gün Bakıda verilən mesaj aydındır. Azərbaycan-İtaliya münasibətləri, sadəcə, tərəfdaşlıq deyil, bu münasibətlər Avrasiya geosiyasətində uzunmüddətli strateji xəttə çevrilir.

Sülh gündəliyi və Zəngəzur dəhlizi: Bir ilin əsas diplomatik zəfərləri - Baku TV CANLI

Sülh gündəliyi və Zəngəzur dəhlizi: Bir ilin əsas diplomatik zəfərləri - Baku TV CANLI

Siyasət
08 avqust 2026 322 baxış
Azərbaycan-Ermənistan sülh prosesi: Vaşinqton görüşünün bir illik nəticələri - Baku TV CANLI

Azərbaycan-Ermənistan sülh prosesi: Vaşinqton görüşünün bir illik nəticələri - Baku TV CANLI

Siyasət
07 avqust 2026 322 baxış
Vaşinqtondan başlayan sülh yolu | Bir il sonra regionda nələr dəyişdi? - Baku TV

Vaşinqtondan başlayan sülh yolu | Bir il sonra regionda nələr dəyişdi? - Baku TV

Siyasət
07 avqust 2026 322 baxış
Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı kimə qarşı yönələcək? - AKTUAL GÜNDƏM

Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı kimə qarşı yönələcək? - AKTUAL GÜNDƏM

Siyasət
07 avqust 2026 322 baxış
Ceyhun Bayramovun Ukraynaya səfərində əsas məqsəd nə idi? - Baku TV

Ceyhun Bayramovun Ukraynaya səfərində əsas məqsəd nə idi? - Baku TV

Siyasət
07 avqust 2026 322 baxış
Hörmüz məsələsi gündəmdən düşmür | Trampdan açıqlama | Qəzzada yeni həyat - YENİ BİR SƏHƏR

Hörmüz məsələsi gündəmdən düşmür | Trampdan açıqlama | Qəzzada yeni həyat - YENİ BİR SƏHƏR

Siyasət
07 avqust 2026 322 baxış
Zelenski Ukrayna xalqı ilə həmrəyliyə görə Azərbaycana minnətdarlığını bildirdi - Baku TV

Zelenski Ukrayna xalqı ilə həmrəyliyə görə Azərbaycana minnətdarlığını bildirdi - Baku TV

Siyasət
07 avqust 2026 322 baxış
Bərpa olunan lisey və poliklinika | Azərbaycanın humanitar yardım töhfəsi - Baku TV

Bərpa olunan lisey və poliklinika | Azərbaycanın humanitar yardım töhfəsi - Baku TV

Siyasət
07 avqust 2026 322 baxış
Azərbaycanın mövqeyi Ukrayna tərəfindən yüksək dəyərləndirildi - Baku TV

Azərbaycanın mövqeyi Ukrayna tərəfindən yüksək dəyərləndirildi - Baku TV

Siyasət
06 avqust 2026 322 baxış
Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV

Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV

Siyasət
06 avqust 2026 322 baxış
Seçilmişlər
icon