Siyasət
Pleyeri seçin:
Məzahir Pənahovdan seçkilərlə bağlı açıqlama | İddiaçılardan biri vəfat etdi
“İndiyədək bələdiyyə seçkilərində 755 nəfər namizəd kimi qeydə alınıb”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 21-də keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, qeydə alınan namizədlərdən bir nəfər dünyasını dəyişdiyindən hazırda 754 namizəd var:
“Ümumilikdə 15 886 nəfər namizədlik üçün müraciət edib. Onlardan 6 889-u imza vərəqələrini götürüb, 2 079 nəfər isə onları dolduraraq təqdim edib”.
MSK sədri deyib ki, bələdiyyə seçkilərini müşahidə etmək istəyən 1 095 müşahidəçi qeydə alınıb:
“Müşahidəçilərin 131 nəfəri MSK-da, 964-ü isə dairə seçki komissiyaları tərəfindən qeydə alınıblar”.
Kopyalandı
Seçilmişlər