Mığrıdakı tarixi qoç heykəllərini ermənilər yarğana atmışdılar | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Verilişin budəfəki qonağı Qərbi Azərbaycanın Mığrı Rayon İcmasının sədri, fizika-riyaziyyat elmləri doktoru, akademik Fikrət Əliyev olub.
O, anadan olduğu Zəngəzur mahalının Mığrı rayonunun Nüvədi kəndindən, insanların həyat tərzindən, gündəlik qayğılarından, təhsilə verilən önəmdən geniş söhbət açıb. Bildirib ki, doğma kənd, el-oba, orada yaşadığı uşaqlıq, yeniyetməlik, gənclik illəri unudulmaz xoş xatirə kimi yaddaşında dərin iz salıb. Mığrı rayonunun adına toxunan alim söyləyib ki, bu, Muğ türk tayfasının adı ilə bağlıdır.
Onun sözlərinə görə, Mığrıda qədim türk tayfalarının yaşadığını sübut edən çoxsaylı maddi-mədəniyyət abidələri olub. Lakin zaman-zaman ermənilər tarixi saxtalaşdırmaq, Qərbi Azərbaycanın bu yaşayış məntəqəsindən soydaşlarımızın izini silmək üçün abidələrə qarşı vandalizm aktı törədiblər. Hətta Mığrı rayonunun mərkəzindəki qədim qəbirüstü qoç heykəllərini traktorla daşıyaraq yarğana atıb, üzərini basdırıblar.
Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilən soyqırımı və deportasiyalardan danışan akademik Fikrət Əliyev vurğulayıb ki, ötən əsrdə Nüvədi üç dəfə erməni təcavüzünə məruz qalıb.
Belə ki, 1905 və 1918-ci illərdə erməni quldurları kəndə basqın edərək evləri yandırıb, əhalini buradan köçməyə məcbur ediblər. Həmin dövrdə nüvədililər Araz çayını keçərək İrana sığınıblar.
1988-ci ilin deportasiyası zamanı isə Nüvədi sakinləri erməni işğalına qarşı dəyanətlə mübarizə aparıblar. Bu müddətdə nüvədililərin mübarizə əzmini qırmaq üçün ermənilər kəndə verilən elektrik enerjisini kəsib, əhalini müxtəlif yollarla sıxışdırmağa çalışıblar.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV
- Tarixi kitabın təqdimatı keçirildi | İrəvan qazılığı barədə hansı məlumatlar toplanıb? - Baku TV
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
