Milli Gimnastika Arenasında dünya çempionatının açılışı keçirildi - Baku TV
Oktyabrın 5-də Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Əvvəlcə dövlət başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb.
Cüdo üzrə dünya çempionatının açılış mərasimi Azərbaycanda idmanın inkişafı ilə bağlı videoçarxın nümayişi ilə başlayıb.
Azərbaycan Cüdo Federasiyasının prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dünya cüdo ailəsini növbəti dəfə Bakıda salamlamaqdan böyük şərəf hissi duyduğunu deyib, respublikamızda idmana, o cümlədən cüdonun inkişafına göstərilən diqqətdən danışıb, Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi daimi dəstəyi qeyd edib.
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer bütün idman növlərinə və tədbirlərinə, o cümlədən bu dünya çempionatına göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib. O, son illərdəki böyük nailiyyətlərinə görə Azərbaycan Cüdo Federasiyasını və qalibləri təbrik edib.
Tədbir bədii hissə ilə davam edib.
Sonra Azərbaycanın Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.
Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb.
#İlham Əliyev teqi istifadə olunub
- Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir - Baku TV
- Liderləri Türkmənistanda bir araya gətirən görüşdə nələr müzakirə olundu? - Baku TV
- Xəzəryanı ölkələr risklərə qarşı ortaq yol axtarışında | Vüqar Rəhimzadədən şərh - Baku TV
- Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Azər Badamovdan şərh - Baku TV
- İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşdü - Baku TV
