Minsk qrupunun ləğvinə Rusiyadan reaksiya | Aktau faciəsindən nələr yazıldı? - BİZDƏN NƏ DANIŞIRLAR?
“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Türkiyənin “Anadolu” informasiya agentliyi xəbər verir ki, Azərbaycanın Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır.
Mənbə qeyd edir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə deyib.
Bildirilib ki, Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlət başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb.
Qazaxıstanın “Tengrinews.kz” media orqanının dərc etdiyi xəbərdə AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı dövlət başçısı İlham Əliyevin fikirləri yer alıb.
Materialda Prezident İlham Əliyevin açıqlamasına istinadla qeyd olunub ki, Azərbaycan mülki təyyarəsinin Rusiya qüvvələri tərəfindən vurulması və Rusiya rəsmilərinin hadisəyə reaksiyası Azərbaycanda böyük məyusluq və narazılıq yaradır.
Prezident İlham Əliyevin sözləri sitat gətirilib: “Yalnız pilotların peşəkarlığı və cəsarəti təyyarəni yerə endirməyə imkan verdi. Xoşbəxtlikdən təyyarə Rusiyada deyil, Qazaxıstanda eniş etdi”.
#İlham Əliyev teqi istifadə olunub
- Fridrix Merts və İlham Əliyev arasında hansı məsələlər müzakirə olundu? - Baku TV
- Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi | Nələr müzakirə edildi?
- İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - Baku TV
- Prezident "Dövlət xidmətləri haqqında" Qanunu təsdiqlədi - Baku TV
- Azərbaycanın növbəti diplomatik uğuru | Minsk qurupu fəaliyyətini dayandırdı
