NATO ölkələri razılaşdı | Baş katib fəaliyyətə nə vaxt başlayacaq?
NATO-nun yeni baş katibinin kimliyi məlum olub.
Alyansın yeni baş katibi 32 üzv ölkənin də razılığı ilə Niderlandın sabiq baş naziri Mark Rutte olacaq. Onun təyinatı iyulda baş tutacaq Vaşinqton sammitində ictimaiyyətə elan ediləcək. Mark Rutte oktyabrın 2-də NATO-nun 14-cü baş katibi kimi fəaliyyətə başlayacaq.
Məsələ ilə bağlı açıqlama verən gələcək baş katib təyinatının kifayət qədər çətin və keşməkeşli olduğunu bildirib.
“Belə, bu proses, həqiqətən də, çox uzun çəkdi. Bu, mürəkkəb bir prosesdir, lakin bunun baş verməsindən şərəf duyuram. Qeyd edim ki, mən bu işin axtarışında olduğum üçün onu tapmamışam.
Ukraynadakı müharibə fonunda, dünyadakı qeyri-sabit vəziyyətin hökm sürdüyü bir vaxtda və mənim bunun altından qalxa biləcəyimi düşünən insanların dəstəyinə görə mən bütün bunları görməzdən gələ bilməzdim. Düşünürəm ki, bu çox maraqlı bir vəzifədir.
Müharibə bizim təhlükəsizliyimizə də təsir edib. Kabinetə gəldikdə isə o artıq keçən ildən parçalanmışdı. Yəni bu mənim başqa bir posta namizədliyim məsələsinə görə baş verməyib.
Mən yaydan bəri bu barədə düşünməyə başlamışam. Bəli, mən 1-ci dəfə bu barədə eşidəndə bu təklifi rədd də etmişdim. Daha sonra isə bildirdim ki, əgər siz hələ də mənim seçilməyim fikri ilə razısınızsa, mən bu barədə ciddi şəkildə düşünüb qərar verməliyəm”.
Məlumat üçün bildirək ki, Yens Stoltenberqin səlahiyyət müddəti 2017-ci ildə başa çatsa da, NATO-nun müttəfiqlərinin razılığı və 2023-cü ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması səbəbindən dəfələrlə təxirə salınıb.