Pleyeri seçin:

Nəqliyyatda hansı yeniliklər olacaq? | Məktəblərə avtobus veriləcək, bu yollar isə...

31 yanvar 2025 619 baxış

Prezident İlham Əliyevin 30 yanvar 2025 ci il tarixli Sərəncamı ilə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib.

Dövlət proqramına əsasən, Bakı dairəvi-1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolu layihələndiriləcək, tikintisi və istismara verilməsi təmin ediləcək. Bilgəh-Novxanı-Xırdalan və Şamaxı avtomobil yolunun da tikintisi nəzərdə tutulub.

20 Yanvar yol qovşağının təkmilləşdirilməsi, yeni bağlantıların yaradılması planlaşdırılır.

Həmçinin Bakı-Xırdalan-Sumqayıt dəmir yolu xəttinin təkmilləşdirilməsi nəzərdə tutulur. Güzdək-Qaradağ, Yeni Suraxanı-Hövsan, Zabrat-Maştağa-Bağlar, Bakıxanov-Binə-Qala xətləri bərpa ediləcək. “Sea Breeze” - Pirşağı tramvay xətti çəkiləcək.

Mehdiabaddan Binəqədinin cənub istiqaməti ilə “28 May” stansiyasına kütləvi sərnişindaşıma həllinin tətbiqi reallaşdırılacaq.

Dövlət proqramı çərçivəsində Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsiri qiymətləndirilib, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadə təşkil ediləcək.

Mobillik kontekstində şəhərin müxtəlif nöqtələrini birləşdirən və insanların sürətli, etibarlı şəkildə daşınmasını təmin edən metro sahəsində də bir sıra addımlar atılacaq. Metro nəqliyyatı üzrə 299 yeni vaqon alınacaq. Proqrama uyğun olaraq, Bakı Metropoliteninin “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılacaq. Metropolitenin ümumi şəbəkəsinin 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km uzunluğunda xətlərdən ibarət olması nəzərdə tutulur. Gələcək planlarda 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi əsas istiqamətlərdəndir.

Dövlət orqanları, eləcə də təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil olunacaq.

Banner
Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Siyasət
02 noyabr 2026 619 baxış
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 619 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 619 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 619 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 619 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 619 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 619 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 619 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 619 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 619 baxış
Seçilmişlər
icon