Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşdü - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndində sakinlərlə gəzinti təşkil edərək bölgədəki vəziyyət barədə açıqlamalar verib.
O bildirib ki, sərhəd xəttinin demarkasiyasından sonra ərazidə sabitlik yaranıb və son bir ildə heç bir insident baş verməyib.
Nikol Paşinyanın sözlərinə görə, demarkasiyadan sonra sərhəddə 3 mərhələli etimad prosesi formalaşıb.
“Bir müddət öncə həm erməni, həm də azərbaycanlı sərhədçilər səngərlərdən çıxaraq bir-birlərini açıq şəkildə görə bildilər. Daha sonra ikinci mərhələdə dəbilqə və zirehli jiletlər çıxarıldı. Üçüncü mərhələdə isə avtomat silahlarda patron saxlanılmaması barədə razılıq əldə olundu. Mən indi burada dayanmışam və heç bir təhlükə hiss etmirəm”, – deyə N.Paşinyan bildirib.
Baş nazir həmçinin qeyd edib ki, artıq Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə yüklər daxil olur və yaxın zamanda Ermənistandan da yüklərin göndərilməsi gözlənilir.
“Kirants bu gün sülh kəndidir. Sərhədin demarkasiyasından sonra kəndin əhalisi 50 faiz artıb”, – deyə N.Paşinyan əlavə edib.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
