Siyasət
Pleyeri seçin:
Nikol Paşinyandan Türkiyə və Azərbaycanla bağlı gözlənilməz açıqlama
“Ermənistan Respublikasının ərazisi 29,743 kvadratkilometrdir. İrəvanın əsas məqsədi tarixi ədalətə, milli gündəmə xidmət etmək deyil, Ermənistan vətəndaşlarının azadlığını, xoşbəxtliyini və rifahını təmin etməkdir”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Hökumət Ermənistanın təhlükəsizliyini belə görür: beynəlxalq münasibətlərin şaxələndirilməsi, ordu islahatları, hərtərəfli təhlükəsizlik və müdafiə sisteminin tətbiqi.
Regional mühit Gürcüstan və İranla mehriban qonşuluq münasibətlərinin dərinləşməsi, Türkiyə və Azərbaycanla düşmənçiliyin azaldılması, sıfırlanması, regional nəqliyyat inteqrasiyası, iqtisadi əlaqələrin qurulması, onların dərinləşməsi və inkişafıdır”, – o bildirib.
Kopyalandı
Seçilmişlər