Siyasət
Pleyeri seçin:

Orban Avropa İttifaqının tənqid mərkəzində | Fikir ayrılıqları nə ilə nəticələnə bilər?

05 noyabr 2024

Macarıstan və şəxsən bu ölkənin Baş naziri Viktor Orban hökumətin miqrant siyasətinə görə uzun müddətdir ki, Avropa İttifaqının tənqid mərkəzindədir. Brüsselin ittihamları digər istiqamətləri də əhatə edir.

“Necə ola bilər ki, Macarıstan hökuməti Rusiya vətəndaşlarını əlavə təhlükəsizlik yoxlamaları olmadan İttifaqımıza dəvət edir. Necə ola bilər ki, Macarıstan hökuməti Çin polisinin öz ərazisində fəaliyyət göstərməsinə icazə verir? Bu, Avropanın suverenliyinə ziddir”, – deyə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen qeyd edib.

Bundan başqa, Macarıstan Brüsseldən 200 milyon avro məbləğində ödəmə bildirişi alıb. Bu bildiriş hökumətin sığınacaq verilməsi ilə bağlı ümumi xəttə əməl etməməsinə görədir. 45 gün ərzində cərimənin ödənilməsi tələb olunur. Bu, Macarıstanın Avropa İttifaqının onun siyasətini dəyişdirmək tələblərinə əməl etməməsindən sonra baş verib. Hətta ölkə cərimənin ödənilmədiyi hər günə görə Brüsselə bir milyon avro borclanır.

Brüsseldə isə bildirirlər ki, Aİ-nin məhkəmə qərarları məcburidir. Əks tərəfdə Baş nazir Viktor Orban Avropa Komissiyasına Macarıstanın cərimələri ödəməkdən imtina etdiyi barədə məktub göndərib. O, əslində bu və digər cəza tədbirlərinin qərəzli olduğunu düşünür. Çünki Macarıstan Avropa İttifaqının Ukraynaya maliyyə yardımına da qarşı çıxır.

“Yüz dəfə sübut etmişik ki, mövcud imperiyanın bizi şantaj etməsindən qorxmuruq. Bilirik ki, onlar bizi Ukraynada müharibəyə cəlb etməyə çalışırlar. Onların bizə tətbiq etmək istədikləri kukla hökumətidir və onların sadəcə hər şeyə imza atan “ideal” namizədi var”, – deyə Macarıstanın Baş Naziri Viktor Orban bildirib.

Mövzunu Baku TV-yə şərh edən millət vəkili Elman Nəsirovun sözlərinə görə, Viktor Orban məhz Aİ-nin istinad etdiyi Avropa dəyərlərinə söykənərək mövqe bildirir:

“O, açıq şəkildə bu və ya digər məsələdə ölkəsinə fərqli yanaşmasını ortaya qoyur. Viktor Orban eyni zamanda Avropa İttifaqının strateji maraqlarından çıxış edərək haqqı, ədaləti müdafiə edir”. 

Putindən Qərbə xəbərdarlıq | 3-cü Dünya müharibəsi təhlükəsi | Livan atəş altında - SALAM BAKU

Putindən Qərbə xəbərdarlıq | 3-cü Dünya müharibəsi təhlükəsi | Livan atəş altında - SALAM BAKU

Siyasət
22 noyabr 2024
Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Siyasət
22 noyabr 2024
COP29-un on ikinci günündə nələr müzakirə ediləcək?

COP29-un on ikinci günündə nələr müzakirə ediləcək?

Siyasət
22 noyabr 2024
Hikmət Hacıyev "Politico"nun məqaləsinə sərt reaksiya verdi

Hikmət Hacıyev "Politico"nun məqaləsinə sərt reaksiya verdi

Siyasət
22 noyabr 2024
Annalena Berbokdan COP29-da açıqlama | Almaniya və Avropa etibarlı tərəfdaşdır

Annalena Berbokdan COP29-da açıqlama | Almaniya və Avropa etibarlı tərəfdaşdır

Siyasət
22 noyabr 2024
Rusiya-Ukrayna münaqişəsi gərgin fazaya keçir | Nüvə silahı istifadə olunacaq?

Rusiya-Ukrayna münaqişəsi gərgin fazaya keçir | Nüvə silahı istifadə olunacaq?

Siyasət
22 noyabr 2024
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirildi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirildi

Siyasət
22 noyabr 2024
Almaniyanın xarici işlər naziri Bakıda mətbuat konfransı keçirib

Almaniyanın xarici işlər naziri Bakıda mətbuat konfransı keçirib

Siyasət
22 noyabr 2024
COP29-da logistika ilə bağlı böyük uğur var | Cin Baderşnayderdən açıqlama

COP29-da logistika ilə bağlı böyük uğur var | Cin Baderşnayderdən açıqlama

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibindən COP29-la bağlı mühüm açıqlama | Tərəflərin təkana ehtiyacı var

BMT-nin Baş katibindən COP29-la bağlı mühüm açıqlama | Tərəflərin təkana ehtiyacı var

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon