Pleyeri seçin:

Özünü də, ölkəsini də gülünc vəziyyətə salır! | Litvalı nazirə QAİ-dən sərt cavab

04 oktyabr 2024 330 baxış

Qərbi Azərbaycan İcması Litvanın xarici işlər naziri Qabrielius Landsberqisin Avropa Şurasının Parlament Assambleyasında səsləndirdiyi anti-Azərbaycan fikirlərə münasibət bildirib.

İcma bununla bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Litvanın xüsusən Vətən müharibəsindən sonra sistemli xarakter almış anti-Azərbaycan fəaliyyəti ikrah doğurur.

“Lazım bildiyim anda Azərbaycanda sui-istifadə halları ilə bağlı açıqlamalar verəcəyəm” kimi şit və təkəbbürlü bəyanatlarla Litva naziri özünü və ölkəsini gülünc vəziyyətə salır. Təəssüf ki, bu gün Qərbdə Azərbaycanofobiya mərəzinə yoluxmuş, danışdığı sözün mahiyyətini dərk etməyən, iddiası ilə imkanları tərs mütənasib olan, dövlətçilik təfəkküründən uzaq çoxlu sayda qeyri-ciddi, diletant siyasətçi var.

Öz ərazisində milli azlıqların hüquqlarını kütləvi və sistemli şəkildə pozan, vətəndaşsızlıq hallarına səbəb olan Litva Azərbaycana insan hüquqları mövzusunda nəyisə öyrətmək haqqına sahib deyil. Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsin. Litva Fransa, Niderland, Kanada ilə birlikdə Azərbaycana “öyüd-nəsihət verə bilən” axırıncı ölkələrdəndir. Reç Pospolitanın xiffətini çəkən litvalı nazir müstəqilliyini birinci olaraq tanıdıqları Ermənistan rəsmilərinin ən azı sözdə ifadə etdikləri “mifik Ermənistan”dan “real Ermənistan”a keçid niyyəti kimi “real Litva”ya keçməlidir.

Q.Landsberqisin qayıdış hüququnu yalnız etnik ermənilərə aid etməsi, Ermənistanın etnik təmizləməsinə məruz qalmış bir milyondan artıq azərbaycanlıya, o cümlədən qərbi azərbaycanlılara qarşı ayrı-seçkiliyin, qərəzin, onun səlibçi təfəkkürünün göstəricisidir.

Avropa Şurası Parlament Assambleyasının bir ovuc rasist və korrupsioner üzvünün Azərbaycana girişinə icazə verilməməsi məsələsinə gəldikdə, vurğulamaq lazımdır ki, suveren bir dövlət kimi onlara giriş qadağası qoymaq tamamilə Azərbaycanın haqqıdır.

Litvalı nazirin bununla bağlı da açıqlamaları lüzumsuzdur. Həmin addım Azərbaycana və Azərbaycan xalqına qarşı etnik və dini ayrı-seçkiliyin ifşa edilməsinə və insan hüquqlarının təşviqinə xidmət edir”, – bəyanatda bildirilib.

Banner
Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Siyasət
23 oktyabr 2026 330 baxış
Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Siyasət
22 oktyabr 2026 330 baxış
Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Siyasət
22 oktyabr 2026 330 baxış
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 330 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 330 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 330 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 330 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 330 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 330 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 330 baxış
Seçilmişlər
icon