Pleyeri seçin:

Pakistan Ordusunun komandanı Azərbaycanda

01 noyabr 2023 260 baxış

Prezident İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edib.

Dövlət başçısı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirib.

İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü dövründə Pakistan hökumətinin və xalqının ölkəmizə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. Dövlət başçısı Pakistanın Ermənistanın təcavüzünə görə bu ölkə ilə diplomatik əlaqələr qurmamasını Azərbaycana göstərilən qardaşlıq münasibətinin nümayişi kimi dəyərləndirib.

İlham Əliyev İkinci Qarabağ müharibəsi dövründə də Pakistanın Azərbaycana göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını ifadə edib. Dövlət başçısı torpaqlarımızın işğaldan azad olunması kimi tarixi missiyanı başa çatdırdığımızı, suverenliyimizin tam bərpa olunduğunu, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma işlərinə başlanıldığını məmnunluqla qeyd edib.

İlham Əliyev Azərbaycanla Pakistan arasında hərbi sənaye sahəsində uğurlu əməkdaşlığın olduğunu deyərək ölkələrimizin birgə hərbi təlim keçirməsinin önəminə toxunub. Dövlət başçısı beynəlxalq səviyyədə ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsinə toxunaraq Azərbaycanın qardaş Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəklədiyini bir daha qeyd edib.

İlham Əliyev Asim Munirin səfərinin əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

“Biz Azərbaycandan 11 yardım paketi almışıq” | Volodimir Zelenski

“Biz Azərbaycandan 11 yardım paketi almışıq” | Volodimir Zelenski

Siyasət
25 aprel 2026 260 baxış
Azərbaycan və Ukrayna qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüyünü dəstəkləyir - Baku TV

Azərbaycan və Ukrayna qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüyünü dəstəkləyir - Baku TV

Siyasət
25 aprel 2026 260 baxış
"İstərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq" | Volodimir Zelenski - Baku TV

"İstərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq" | Volodimir Zelenski - Baku TV

Siyasət
25 aprel 2026 260 baxış
Hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olundu - Baku TV

Hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olundu - Baku TV

Siyasət
25 aprel 2026 260 baxış
Azərbaycan-Ukrayna tərəfdaşlığı yeni mərhələdə - Baku TV

Azərbaycan-Ukrayna tərəfdaşlığı yeni mərhələdə - Baku TV

Siyasət
25 aprel 2026 260 baxış
Azərbaycan və Ukrayna arasında uğurlu əməkdaşlıq davam etdirilir

Azərbaycan və Ukrayna arasında uğurlu əməkdaşlıq davam etdirilir

Siyasət
25 aprel 2026 260 baxış
Zelenskidən Rusiya-Ukrayna danışıqları barədə vacib mesaj - Baku TV

Zelenskidən Rusiya-Ukrayna danışıqları barədə vacib mesaj - Baku TV

Siyasət
25 aprel 2026 260 baxış
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür etdi - Baku TV

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür etdi - Baku TV

Siyasət
25 aprel 2026 260 baxış
"Azərbaycanla bu gün 6 sənəd imzaladıq" | Volodimir Zelenski - Baku TV

"Azərbaycanla bu gün 6 sənəd imzaladıq" | Volodimir Zelenski - Baku TV

Siyasət
25 aprel 2026 260 baxış
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Siyasət
25 aprel 2026 260 baxış
Seçilmişlər
icon