Siyasət
Pleyeri seçin:

Parlamentarilərin görüşləri Azərbaycan və Ermənistana nə qazandıracaq?

29 mart 2024

Sülh prosesinin sürətlənməsi istiqamətində tərəflər arasında müxtəlif formatda görüşlər keçirilir.

Hər iki ölkənin dövlət rəsmilərinin görüşlərinə yeni format əlavə edilir.

Belə ki, artıq Azərbaycanla Ermənistanın parlament sədrləri mühüm məsələlərlə bağlı bir araya gəlirlər. Parlament diplomatiyasının başlanması, xüsusilə bu görüşlərin Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı müzakirələrin getdiyi ərəfədə baş verməsi, şübhəsiz ki, əlamətdar hadisədir. Ermənistanın ali qanununda, həmçinin digər qanunvericilik aktlarında kifayət qədər ciddi problemlər var.

Parlament diplomatiyasında isə əsas 2 səbəb özünü göstərir. Birincisi, Ermənistanın Konstitusiyası və digər qanunverici aktlarındakı sülh prosesinə mane olacaq maddələrin dəyişdirilməsidir. Bunun üçün parlamentlərarası əməkdaşlığa ciddi ehtiyac var.

Düzdür, bu məsələ dövlət rəsmiləri arasında müxtəlif formatlarda baş tutan görüşlərdə müzakirə edilir. Ancaq məsələnin parlament səviyyəsində qaldırılması problemin daha dərinliyinə enməyə kömək edəcək. Bu isə problemin daha tez və əhatəli həllinə kömək edəcək.

İkincisi isə xalqlar arasında etimad mühitinin qurulmasının vacibliyidir. Prosesin ən önəmli mərhələsi isə parlamentarilər arasında baş tutacaq əməkdaşlıq olacaq. Hazırda Qərbi Azərbaycanla bağlı məsələ də Ermənistanla aparılan danışıqlarda bizim üçün əsasdır.

Son zamanlar Qərbi Azərbaycan İcmasının fəaliyyəti də yeni mərhələyə keçir. İcmanın fəaliyyətində yaxından iştirak edən, Qərbi Azərbaycanla bağlı məsələlərdə kifayət qədər məlumatlı olan xeyli sayda millət vəkilimiz var. Bu isə məsələnin üzərinə ümumi yox, birbaşa, yəni rayonlar üzərindən getməyə kömək olacaq.

Azərbaycan parlament diplomatiyasında böyük uğurlar qazanıb. Milli Məclisin xarici əlaqələrdə, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ikitərəfli əlaqələrin qurulmasında mühüm xidmətləri olub.

Parlamentin hazırkı sədri Sahibə Qafarova spiker olmamışdan əvvəl də AŞPA-dakı nümayəndə heyətinin üzvü kimi aktiv fəaliyyəti ilə seçilib. İndi onun ermənistanlı həmkarı Alen Simonyanla görüşləri, artan qarşılıqlı təmaslar, parlamentlərası əməkdaşlıq öz bəhrəsini verəcək. Yeni görüşlərin planlaşdırılması və verilən mesajlar müsbət ümidlər formalaşdırır.

İlham Əliyev vergilərlə bağlı vacib qanun imzaladı

İlham Əliyev vergilərlə bağlı vacib qanun imzaladı

Siyasət
04 may 2024
Prezident Xankəndi ilə bağlı sərəncam imzaladı

Prezident Xankəndi ilə bağlı sərəncam imzaladı

Siyasət
04 may 2024
Bu, bir ilkdir ki... | Qərbi Azərbaycan İcmasında yeni komissiya yaradıldı

Bu, bir ilkdir ki... | Qərbi Azərbaycan İcmasında yeni komissiya yaradıldı

Siyasət
04 may 2024
Ermənistan MN-dən Tavuşda mövqelərin atəşə tutulması xəbərinə reaksiya

Ermənistan MN-dən Tavuşda mövqelərin atəşə tutulması xəbərinə reaksiya

Siyasət
04 may 2024
Tərəflər razılaşdı | Bakı və İrəvan üçün "Kalininqrad modeli" uyğun ola bilər?

Tərəflər razılaşdı | Bakı və İrəvan üçün "Kalininqrad modeli" uyğun ola bilər?

Siyasət
04 may 2024
Parlament seçkiləri nə vaxt keçiriləcək? - MSK-dan açıqlama

Parlament seçkiləri nə vaxt keçiriləcək? - MSK-dan açıqlama

Siyasət
04 may 2024
Prezidentin COP29-a dəvət məktubları BMT-dəki nümayəndələrə çatdırıldı

Prezidentin COP29-a dəvət məktubları BMT-dəki nümayəndələrə çatdırıldı

Siyasət
04 may 2024
Ayxan Hacızadə Böyük Britaniya səfirinin paylaşımına belə reaksiya verdi

Ayxan Hacızadə Böyük Britaniya səfirinin paylaşımına belə reaksiya verdi

Siyasət
03 may 2024
Buz bağlayan Göyçə gölünün üstündə maşınlar gəzər, vertolyot enərdi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Buz bağlayan Göyçə gölünün üstündə maşınlar gəzər, vertolyot enərdi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
03 may 2024
Erməni türkoloq Almatı görüşünü şərh etdi | Qərb kimi dəstəkləyir?

Erməni türkoloq Almatı görüşünü şərh etdi | Qərb kimi dəstəkləyir?

Siyasət
03 may 2024
Seçilmişlər
icon