Siyasət
Pleyeri seçin:

Separatçının əməlləri üzə çıxdı | Vardanyanın qeyri-qanuni maliyyə işləri

02 may 2024

“Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı bir sıra uyğunsuzluqlar var”.

Bunu tanınmış amerikalı jurnalist Martin Şerman nüfuzlu “Newsmax” nəşrində erməni biznesmen, separatçı Ruben Vardanyana həsr etdiyi məqalədə bildirib.

Müəllif, ümumiyyətlə, adıçəkilən mükafatın tarixində bəzi qəribə və qorxulu epizodların olduğunu xatırladıb. O, yazısında ilk olaraq bəşəriyyətin ən böyük müharibəsini qızışdıranlardan biri Adolf Hitler və onun ən böyük köməkçisi Nevil Çemberlenin 1939-cu ildə mükafata namizəd olmasını göstərib.

Bildirib ki, tezliklə bu iki şəxs ən qanlı müharibənin başlamasında əsas rol oynayıblar. M.Şerman daha sonra başqa bir qəribə hadisədən söz açıb. O, növbəti anormal məsələ kimi həmin vaxt cəmi 8 aydır ki, vəzifədə olan və mükafata layiq olmaq üçün heç bir iş görməyən ABŞ-nin keçmiş prezidenti Barak Obamanın Nobel mükafatı almasını göstərib.

Müəllif xatırladıb ki, B.Obama iki müddətə seçildiyi səkkiz illik prezidentlik dövründə yeddi ölkəyə hərbi zərbələr endirib, həmçinin son onilliklərdə ilk dəfə Çin və Rusiya ilə silahlı toqquşma potensialı yaradıb.

İcmalçı daha sonra erməni biznesmen Ruben Vardanyanın mükafata namizədliyinin irəli sürülməsinə toxunub və mükafatın əsl məqsədi ilə daha əvvəl qeyd olunan hallar kimi, bunun da uyğun gəlmədiyini qeyd edib.

“R.Vardanyan guya humanitar fəaliyyət göstərib, amma o məşhur din xadimi Assizli Fransisko deyil. Onun “xeyriyyəçiliklə rəngarəng” kimi təsvir edilən tərcümeyi-halı, şübhəsiz ki, danılmaz dərəcədə qaranlıq məqamları ehtiva edir”, – deyə müəllif bildirib.

O, R.Vardanyanın bioqrafiyası barədə qısa məlumat verib və qeyri-qanuni maliyyə əməllərini xatırladıb.

“Vaxt keçdikcə milyarderin biznes təşəbbüslərinin gizli mahiyyəti haqqında məlumatlar ortaya çıxmağa başladı. Bu, R.Vardanyanın Nobel Mükafatı namizədinə layiq ola biləcəyi fikri ilə tamamilə ziddiyyət təşkil edir.

2019-cu ilin martında Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin yaydığı məlumatdan görünür ki, R.Vardanyanın maliyyə təşkilatı külli miqdarda çirkli pulların yuyulması sxeminin tam mərkəzində olub.

Belə ki, onun afşor şirkətlər şəbəkəsi və erməni təmasları şübhəli maliyyə fəaliyyəti üçün mərkəz kimi istifadə edilib. Hesabata görə, bu sxem müştərilərə pulları Rusiyadan çıxarmağa, xaricdəki aktivlərini gizlətməyə imkan verib”, – deyə məqalədə bildirilir.

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Siyasət
22 noyabr 2024
Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Siyasət
22 noyabr 2024
İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

Siyasət
22 noyabr 2024
COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

Siyasət
22 noyabr 2024
Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Siyasət
22 noyabr 2024
Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Siyasət
22 noyabr 2024
COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

Siyasət
22 noyabr 2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

Siyasət
22 noyabr 2024
COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon