Siyasət
Pleyeri seçin:

Paşinyan-Baqrat qarşıdurması | Ekspertlər nələri açıqladı?

22 may 2024

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın mayın 10-da başlatdığı itaətsizlik aksiyası artıq fiaskoya uğrayıb.

Mitinqlərin uğursuzluğa düçar olması fonunda Ermənistan parlamentinin spikeri Alen Simonyanın kilsəni hədəf alan açıqlaması isə hakimiyyətin, əslində, məbəd haqqında yekun qərar vermək fikrində olduğunu deməyə əsas verir.

A.Simonyanın kilsənin vergiyə cəlb edilməli olduğunu, buna əsas səbəb kimi isə din xadimlərinin müxtəlif yerlərdən maliyyələşib adekvat fəaliyyət göstərmədiyini deməsi ondan xəbər verir ki, mövcud siyasi elita dini fəaliyyətdən daha çox terror-təxribat əməlləri ilə məşğul olan kilsəni hakimiyyətə tabe etdirməkdən başqa çıxış yolu görmür. Lakin kilsənin də nüfuzunu nəzərə alsaq, atılan addımların münaqişəyə gətirib çıxaracağı da istisna edilmir.

Sirr deyil ki, işğal siyasəti və revanşizm Ermənistanın dövlətçilik ənənəsini təşkil edən əsas amillərdəndir. Bu faktorların reallaşmasında kilsə də mühüm rol oynayıb. Bunun nəticəsidir ki, keşişlərin hələ də aqressor əhval-ruhiyyəsindən əl çəkmədiyini nümayiş etdirən aksiyalar hakimiyyəti kilsə ilə münasibətlərə yenidən baxmağa vadar edir.

Qeyd edək ki, soydaşlarımızın istər tarixi ata-baba yurdu olan Qərbi Azərbaycandan qovulmasında, istərsə də Qarabağda separatizmin qurbanı olmasında erməni kilsəsinin böyük rolu olub.

Erməni din xadimləri bununla həm də terrorçu qruplaşmalarla eyni mövqedə olduqlarını nümayiş etdiriblər. Bu isə erməni dövləti üçün əsas təhdidlərdən biridir və hakimiyyət bunu hələ indi anlamağa başlayıb.

İlham Əliyev Rusiya Prezidentinə və Dağıstan rəhbərinə başsağlığı verdi

İlham Əliyev Rusiya Prezidentinə və Dağıstan rəhbərinə başsağlığı verdi

Siyasət
24 iyun 2024
Aİ-nin xüsusi nümayəndəsindən sərhəddəki gərginliklə bağlı paylaşım

Aİ-nin xüsusi nümayəndəsindən sərhəddəki gərginliklə bağlı paylaşım

Siyasət
23 iyun 2024
Bu məsələdə birgə işləməliyik | İrəvanın Bakıya təklifinin detalları

Bu məsələdə birgə işləməliyik | İrəvanın Bakıya təklifinin detalları

Siyasət
22 iyun 2024
Albanlara məxsus məzar daşları, tikililər olan Qanlı kəndi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Albanlara məxsus məzar daşları, tikililər olan Qanlı kəndi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
22 iyun 2024
Məndən yaxşı namizəd olsa... | Deputatlar seçkilərdən sonra nələr edəcəklər?

Məndən yaxşı namizəd olsa... | Deputatlar seçkilərdən sonra nələr edəcəklər?

Siyasət
22 iyun 2024
Prezident yaşıl enerjinin ölkəmiz üçün əhəmiyyətindən danışdı

Prezident yaşıl enerjinin ölkəmiz üçün əhəmiyyətindən danışdı

Siyasət
22 iyun 2024
Prezidentdən bərpaolunan enerji barədə açıqlama | Hədəfimiz budur ki...

Prezidentdən bərpaolunan enerji barədə açıqlama | Hədəfimiz budur ki...

Siyasət
22 iyun 2024
Prezident Azərbaycanın COP29-dakı hədəflərindən danışdı

Prezident Azərbaycanın COP29-dakı hədəflərindən danışdı

Siyasət
22 iyun 2024
Əsas məqsədlərimizdən biri budur | İlham Əliyev "Euronews"a müsahibə verdi

Əsas məqsədlərimizdən biri budur | İlham Əliyev "Euronews"a müsahibə verdi

Siyasət
22 iyun 2024
"Euronews"un reportajında Prezident İlham Əliyevin müsahibəsi yer aldı

"Euronews"un reportajında Prezident İlham Əliyevin müsahibəsi yer aldı

Siyasət
22 iyun 2024
Seçilmişlər
icon