Siyasət
Pleyeri seçin:

Paşinyan separatçıların başçılarından danışmaq istəmir

18 yanvar 2024

Ermənistan rəhbərliyi Qarabağdan qovulan separatçıların keçmiş “başçılarının” Azərbaycanda həbsdə saxlanılması ilə demək olar ki, barışıb.

Bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, Baş nazir Nikol Paşinyan yanvarın 16-da Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Aqvan Vardanyanın Bakıda həbsdə saxlanılan separatçılarla bağlı sualına cavab verməkdən sadəcə imtina edib.

Parlamentin sədri Alen Simonyan isə müxalifət deputatına məsələ ilə bağlı hökumətə yazılı müraciət etməyi məsləhət görüb.

Media yazır ki, Ermənistan separatçıların azad olunmasına laqeyd yanaşır, çünki onlardan təhlükə görür. Qarabağ terrorçularının keçmiş “komandan müavini” Davit Manukyanın, “Hayastan” fraksiyasının deputatı olan qardaşı Qeqam Manukyanın da hökumətin hərəkətləri ilə bağlı susduğu bildirilib.

“Mənim namusum var” fraksiyasının deputatı Tiqran Abramyan da vurğulayıb ki, Ermənistan hakimiyyəti qondarma rejimin geri qaytarılması üçün heç bir tədbirlər görmür və məsələni unutdurmağa çalışır. O, təəssüflə qeyd edib ki, müxalifətin alətləri yetərli deyil ki, məsələni beynəlxalq gündəmdə saxlasın.

Xatırladaq ki, qondarma rejimin tör-töküntüləri olan Bako Saakyan, Araik Arutyunyan, Levon Mnatsakanyan, Ruben Vardanyan və digərləri hazırda Bakıda həbsdədirlər. Separatçılıq və terrorçuluqda ittiham olunan bu şəxslər istintaq dövrü üçün 6 aylığa həbs olunub.

Azərbaycan minillik erməni ideologiyasını necə məhv etdi? | BAKU ANALİTİK

Azərbaycan minillik erməni ideologiyasını necə məhv etdi? | BAKU ANALİTİK

Siyasət
16 may 2024
Ermənistandakı etirazların sifarişçiləri kimlərdir? | Markovdan vacib açıqlama

Ermənistandakı etirazların sifarişçiləri kimlərdir? | Markovdan vacib açıqlama

Siyasət
16 may 2024
Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı bu tələbləri əlavə edib

Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı bu tələbləri əlavə edib

Siyasət
16 may 2024
İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib

İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib

Siyasət
16 may 2024
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Siyasət
16 may 2024
Keşişin başlatdığı aksiyanın məqsədi bəlli oldu | Etirazlar genişlənir

Keşişin başlatdığı aksiyanın məqsədi bəlli oldu | Etirazlar genişlənir

Siyasət
16 may 2024
Azərbaycan və Belarus arasında sənədlərin imzalanma mərasimi keçirildi

Azərbaycan və Belarus arasında sənədlərin imzalanma mərasimi keçirildi

Siyasət
16 may 2024
BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi

Siyasət
16 may 2024
Paşinyan Bakıya görə hamıya qarşı gələcək? - Siyasi şərhçidən açıqlama

Paşinyan Bakıya görə hamıya qarşı gələcək? - Siyasi şərhçidən açıqlama

Siyasət
16 may 2024
Belarus Prezidenti Lukaşenko Bakıda | Səfərdən görüntülər

Belarus Prezidenti Lukaşenko Bakıda | Səfərdən görüntülər

Siyasət
16 may 2024
Seçilmişlər
icon