Pleyeri seçin:

Paşinyan Zəngəzurdan keçən yola nəzarətdən danışdı | Ermənilər seçim qarşısında qaldı

22 avqust 2025 512 baxış

“2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərində Ermənistan vətəndaşları sülhün olması və ya olmaması arasında seçim etməli olacaqlar”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 21-i keçirilən hökumətin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, seçkidə Ermənistan vətəndaşları seçim etməlidirlər.

“Mən “sülh və ya müharibə” demək istəmirəm, daha yumşaq deyəcəyəm: sülh və ya sülhün olmaması. Məhz buna görə də bazar ertəsi etdiyim müraciətimdə aydın şəkildə bəyan etdim ki, bərqərar olmuş sülh gündəlik qayğıya ehtiyac duyur və bu, vətəndaşlar da daxil olmaqla, hər birimizin birlikdə həll etməli olduğumuz bir vəzifədir”, ‒ deyə Nikol Paşinyan qeyd edib.

O həmçinin vurğulayıb ki, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması üçün hər gün işləyir, işləyib və işləyəcək.

Zəngəzurdan keçən yola nəzarət mövzusuna toxunan Baş nazir vurğulayıb ki, Ermənistan ‒ ABŞ birgə şirkəti Zəngəzurdan keçən yola nəzarət etməyəcək, sadəcə, onu idarə edəcək.

Paşinyanın sözlərinə görə, bu marşrutda biznes idarəetməsi həyata keçiriləcək.

Baş nazir onu da əlavə edib ki, Ermənistan ‒ Türkiyə sərhədinin açılması sülhə şərait yaradacaq.

“Ümid edirəm və əminəm ki, bir gün Ermənistan ‒ Türkiyə sərhədi açılacaq. Sülh şəraitində hər kəs turist kimi bütün yerlərə səfər edə biləcək”, ‒ deyə Paşinyan bildirib.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 512 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 512 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 512 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 512 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 512 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 512 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 512 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 512 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 512 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 512 baxış
Seçilmişlər
icon