Pleyeri seçin:

Pol Kaqame İlham Əliyevin qəbulunda | Nələr müzakirə olundu?

13 noyabr 2024 426 baxış

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.

COP29-a dəvətə, bu tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Ruanda Prezidenti qeyd edib ki, dövlət başçısının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində çıxışı çox dolğun və məzmunlu idi.

Prezident İlham Əliyev dəvəti qəbul edib COP29 tədbirində iştirakına görə Pol Kaqameyə minnətdarlığını bildirib.

Dövlət başçısı qeyd edib ki, COP sədrliyini öz üzərinə götürəndən etibarən Azərbaycana qarşı haqsız və ədalətsiz hücumlar olmuş, beynəlxalq mediada müxtəlif kampaniyalar təşkil edilmişdir ki, bunlar da qəbuledilməzdir. Azərbaycan Prezidenti deyib ki, belə təəssürat yaradılır ki, sanki dünyanı çirkləndirən inkişaf etməkdə olan dövlətlərdir.

Ruanda Prezidenti “Commonwealth” təşkilatı çərçivəsində də Azərbaycanla əməkdaşlıq məsələlərini qeyd edib.

Dövlət başçısı “Commonwealth” xətti ilə ölkəmizin kiçik ada dövlətlərinə maliyyə yardımı göstərdiyini və Azərbaycanın peyk imkanlarından istifadə edərək həmin ölkələrin iqlim dəyişikliyi nəticəsində qarşılaşdıqları məsələlərlə bağlı məlumat bazasının hazırlanacağını da bildirib, Azərbaycanın praktiki baxımdan faydalı əməkdaşlığı daim dəstəklədiyini deyib.

Görüşdə Azərbaycanla Ruanda arasında ikitərəfli münasibətlər müzakirə olunub.

Ruanda Prezidenti Azərbaycanın “ASAN xidmət” təcrübəsinin çox maraqla qarşılandığını qeyd edib. Bu təcrübənin Ruanda da tətbiq olunması istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə iqtisadi-ticari əlaqələr, sərmayələr sahəsində əməkdaşlıq, insanlararası təmasların daha da genişləndirilməsi məsələləri müzakirə olunub, birgə işçi qrupunun yaradılması razılaşdırılıb.

Ruanda Prezidenti qeyd edib ki, Azərbaycanla əməkdaşlığı daha da gücləndirmək niyyətindədir.

Pol Kaqame Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib. Dövlət başçısı da öz növbəsində Ruanda Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib.

Banner
Vyetnamın dövlət başçısı Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Vyetnamın dövlət başçısı Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Siyasət
21 noyabr 2026 426 baxış
Sülhün açarı Bakı və İrəvandadır? | Rusiya rəsmisindən açıqlama - Baku TV

Sülhün açarı Bakı və İrəvandadır? | Rusiya rəsmisindən açıqlama - Baku TV

Siyasət
21 noyabr 2026 426 baxış
BTQ-nin saytı və hesabları hədəfdə | Rəqəmsal hücumların arxasında kimlər var? - Baku TV

BTQ-nin saytı və hesabları hədəfdə | Rəqəmsal hücumların arxasında kimlər var? - Baku TV

Siyasət
21 noyabr 2026 426 baxış
Elektron hökumət üzrə qlobal reytinqdə Azərbaycan 36 pillə irəliləyib - Baku TV

Elektron hökumət üzrə qlobal reytinqdə Azərbaycan 36 pillə irəliləyib - Baku TV

Siyasət
20 noyabr 2026 426 baxış
Ölkəmiz rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci olub

Ölkəmiz rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci olub

Siyasət
20 noyabr 2026 426 baxış
Türkiyə və Azərbaycan regional enerji xəritəsində təsirlərini artırmağa hazırlaşır - Baku TV

Türkiyə və Azərbaycan regional enerji xəritəsində təsirlərini artırmağa hazırlaşır - Baku TV

Siyasət
20 noyabr 2026 426 baxış
Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - QARABAĞ XRONİKASI

Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - QARABAĞ XRONİKASI

Siyasət
20 noyabr 2026 426 baxış
İlham Əliyev sosial-iqtisadi sahədəki müsbət dinamikadan danışdı - Baku TV

İlham Əliyev sosial-iqtisadi sahədəki müsbət dinamikadan danışdı - Baku TV

Siyasət
20 noyabr 2026 426 baxış
Prezidentdən enerji sahəsindəki əməkdaşlığın əhəmiyyəti ilə bağlı açıqlama - Baku TV

Prezidentdən enerji sahəsindəki əməkdaşlığın əhəmiyyəti ilə bağlı açıqlama - Baku TV

Siyasət
20 noyabr 2026 426 baxış
İlham Əliyevin Vyetnama səfəri "HaberGlobal"da - Baku TV

İlham Əliyevin Vyetnama səfəri "HaberGlobal"da - Baku TV

Siyasət
20 noyabr 2026 426 baxış
Seçilmişlər
icon