Pleyeri seçin:

"Predator Hawk"un gücü nədir? - Azərbaycanın hərbi paradda verdiyi mesaj | QARABAĞ XRONİKASI

23 noyabr 2025 221 baxış

Baku TV-nin “Qarabağ xronikası” verilişində bu dəfə “Predator Hawk” raket kompleksinin Azərbaycan üçün yaratdığı strateji üstünlüklər və onun regional təhlükəsizlik balansına təsirindən bəhs olunub.

Bildirilib ki, təxminən 5 metr uzunluğunda olan bu raket 140 kiloqramlıq döyüş başlığına malikdir və 50-300 kilometr məsafədəki hədəfləri yüksək dəqiqliklə vurur.

Qeyd olunub ki, GPS, GLONASS və INS naviqasiya sistemləri ilə idarə olunan “Predator Hawk” düşmən dərinliyində yerləşən komanda məntəqələrinin və kritik infrastrukturun cərrahi dəqiqliklə məhv edilməsinə imkan yaradır.

Diqqətə çatdırılıb ki, raketin 300 kilometrlik əməliyyat radiusu Ermənistan ərazisindəki bütün əsas hərbi obyektləri potensial hədəf kimi nəzərdə tutmağa şərait yaradır.

Sistem həmçinin İranın şimal-qərbində yerləşən mühüm aviasiya bazalarını, raket obyektlərini və SEPAH-a məxsus strateji infrastrukturu da əhatə edə bilir.

Vurğulanıb ki, “Predator Hawk” kompleksi Azərbaycanın müdafiə doktrinasında operativ imkanları genişləndirən və regional təhlükəsizlik mühitində strateji çəkindirmə yaradan mühüm vasitədir.

Bu sistemin mövcudluğu ölkəmizə müharibə aparmaq üçün deyil, müharibənin qarşısını almaq və bölgədə uzunmüddətli sülhə töhfə vermək üçün güc nümayiş etdirmək imkanı verir.

Məsciddə terror aktı törədildi | Azərbaycan XİN Pakistana başsağlığı verdi - Baku TV

Məsciddə terror aktı törədildi | Azərbaycan XİN Pakistana başsağlığı verdi - Baku TV

Siyasət
06 fevral 2026 221 baxış
Milli Olimpiya Komitəsi ziddiyyətlə bağlı müraciət ünvanlayıb - Baku TV

Milli Olimpiya Komitəsi ziddiyyətlə bağlı müraciət ünvanlayıb - Baku TV

Siyasət
06 fevral 2026 221 baxış
"Dördyaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi" - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Dördyaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi" - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
06 fevral 2026 221 baxış
Zatulinin bəyanatına rəsmi Bakıdan etiraz | Rusiya səfiri XİN-ə çağırıldı - Baku TV

Zatulinin bəyanatına rəsmi Bakıdan etiraz | Rusiya səfiri XİN-ə çağırıldı - Baku TV

Siyasət
06 fevral 2026 221 baxış
İranlı nazirin başçılıq etdiyi nümayəndə heyəti Prezidentin qəbulunda - Baku TV

İranlı nazirin başçılıq etdiyi nümayəndə heyəti Prezidentin qəbulunda - Baku TV

Siyasət
06 fevral 2026 221 baxış
Bakıdan dünyaya sülh çağırışı | Zelenskidən iddialı açıqlama | Sülhə aparan yol - YENİ BİR SƏHƏR

Bakıdan dünyaya sülh çağırışı | Zelenskidən iddialı açıqlama | Sülhə aparan yol - YENİ BİR SƏHƏR

Siyasət
06 fevral 2026 221 baxış
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - Baku TV

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - Baku TV

Siyasət
06 fevral 2026 221 baxış
ABŞ lideri İlham Əliyev və Nikol Paşinyan haqqında danışdı - Baku TV

ABŞ lideri İlham Əliyev və Nikol Paşinyan haqqında danışdı - Baku TV

Siyasət
06 fevral 2026 221 baxış
Lavrovdan Cənubi Qafqazla bağlı yeni iddia

Lavrovdan Cənubi Qafqazla bağlı yeni iddia

Siyasət
05 fevral 2026 221 baxış
İlham Əliyev Türkiyədəki zəlzələnin 3-cü ildönümü ilə bağlı Ərdoğana məktub ünvanlayıb - Baku TV

İlham Əliyev Türkiyədəki zəlzələnin 3-cü ildönümü ilə bağlı Ərdoğana məktub ünvanlayıb - Baku TV

Siyasət
05 fevral 2026 221 baxış
Seçilmişlər
icon