Prezident Azərbaycanın tarixi ədaləti bərpa etməsindən danışdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Müharibə cinayətlərini və Xocalı soyqırımını törətmiş, bizim şəhər və kəndlərimizi dağıtmış, işğal olunmuş ərazilərdə urbisid törətmiş Ermənistana qarşı sanksiya tətbiq olunmadı.
Bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı söyləyib.
“Hər gün sanksiyalar haqqında eşidirik – sanksiyalar və yenə də sanksiyalar. Hər gün eşidirik. Haradasa hər hansı bir hadisə baş verən kimi dərhal sanksiyalar tətbiq olunur. Lakin Ermənistana qarşı heç kəs sanksiyalar tətbiq etmədi və bu, ikili standartların, həmçinin bəyan edilən qondarma dəyərlərlə real siyasət arasındakı fərqin açıq təzahürüdür. Əgər beynəlxalq hüququ pozduğuna, suveren dövlətin ərazilərini işğal etdiyinə və müharibə cinayətləri törətdiyinə görə Ermənistana qarşı sanksiyalar tətbiq edilsəydi, iki ölkə arasında münaqişə bu qədər uzun sürməzdi”, – deyə Prezident bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV
- Prezident Bakıda FIFA U-15 finalçılarını mükafatlandıracaq - Baku TV
- Azərbaycan Prezidentindən Türkiyə liderinə 29 Oktyabr təbriki - Baku TV
