Siyasət
Pleyeri seçin:

Prezident Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış oldu

04 noyabr 2024

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 4-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma burada yaradılan şərait barədə ətraflı məruzə edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP29-un keçiriləcəyi tarixlərdə tədbir məkanı ərazisində istifadə ediləcək yük və sərnişindaşıma, eləcə də tibbi və yanğınsöndürmə üçün nəzərdə tutulan elektrikli minimobillər, Sammit zamanı yüksəksəviyyəli qonaqların ərazidə hərəkətini təmin etmək üçün istifadə olunacaq qolf-mobillər və elektrikli avtobuslar, həmçinin tədbir günlərində şəhər ərazisində hərəkət edəcək digər elektrikli nəqliyyat vasitələrinə baxıblar.

Dövlət başçısı və birinci xanım COP29-un rəsmi Mavi Zonasında açılış mərasimində Milli bəyanatların səsləndiriləcəyi “Nizami” Plenar İclas zalı, İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti üçün hazırlanan məkanlar, eləcə də rəsmi danışıqların aparılacağı sahələrdə təşkil edilən çoxfunksiyalı müxtəlif görüş otaqları ilə tanış olublar.

Qeyd edilib ki, burada Azərbaycanın mədəniyyəti və təbiətini təbliğ edən müxtəlif ekspozisiya və sərgilər var. Bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına yaxın günlərdə təhvil veriləcək Mavi Zonada hazırda COP29 çərçivəsində pre-sessiya görüşləri keçirilir.

Dövlət başçısı və birinci xanım akkreditasiya və qeydiyyat prosesləri ilə tanış olublar. Bu günədək konfransda qeydiyyatdan keçmiş nümayəndə heyətləri ilə bağlı ətraflı məlumat verilib, tədbirə böyük marağın olduğu bildirilib.

Digər ölkələrin və tərəflərin pavilyonlarının yerləşdiyi zonaya baxan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada Azərbaycan və digər ölkə pavilyonlarının tikinti prosesləri ilə tanış olub, müxtəlif maraqlı tərəflərin iştirakı ilə geniş iştirakçı auditoriyası, eləcə də ictimaiyyət üçün açıq platforma rolunu oynayacaq Yaşıl Zonada olub, Heydər Əliyev Fondu və Sıfır Atık Fondunun birgə pavilyonu olan Həmrəylik Mərkəzi, həmçinin digər tərəfdaşların və ölkələrin sərgi stendlərinə baxıblar. Yaşıl Zonanın ümumi konsepti, bu zonada keçiriləcək yüksəksəviyyəli konfrans və tədbirlər barədə ətraflı məlumat verilib.

"Pantsir-S" raket sistemi necə işləyir? | Düşmənin hava hücumlarına qarşı…

"Pantsir-S" raket sistemi necə işləyir? | Düşmənin hava hücumlarına qarşı…

Siyasət
26 dekabr 2024
Təyyarəni Rusiya vurub? | BAKU ANALİTİK

Təyyarəni Rusiya vurub? | BAKU ANALİTİK

Siyasət
26 dekabr 2024
Dispetçerlərlə ekipaj arasında radio danışıqlarının yazısı əldə edildi | Detallar üzə çıxdı

Dispetçerlərlə ekipaj arasında radio danışıqlarının yazısı əldə edildi | Detallar üzə çıxdı

Siyasət
26 dekabr 2024
Qazaxıstanlı nazir təyyarə qəzasının təfərrüatını açıqladı | Təyyarə sahil xəttinə yönəlib və…

Qazaxıstanlı nazir təyyarə qəzasının təfərrüatını açıqladı | Təyyarə sahil xəttinə yönəlib və…

Siyasət
26 dekabr 2024
Əliyev ilk dəfə detalları açıqladı, Paşinyan çətin vəziyyətə düşdü | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Əliyev ilk dəfə detalları açıqladı, Paşinyan çətin vəziyyətə düşdü | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
26 dekabr 2024
Dövlət başçıları təyyarə qəzası ilə bağlı dərin təəssüf hisslərini bölüşüblər

Dövlət başçıları təyyarə qəzası ilə bağlı dərin təəssüf hisslərini bölüşüblər

Siyasət
26 dekabr 2024
"Embraer 190" qəzalarında həlak olanların sayı | Qandonduran faktlar üzə çıxdı

"Embraer 190" qəzalarında həlak olanların sayı | Qandonduran faktlar üzə çıxdı

Siyasət
26 dekabr 2024
Hansı ölkə liderləri Azərbaycana başsağlığı verdi? | Detallar açıqlandı

Hansı ölkə liderləri Azərbaycana başsağlığı verdi? | Detallar açıqlandı

Siyasət
26 dekabr 2024
Təyyarə qəzasında həlak olanlar belə yad edildi | Ukraynadan görüntülər

Təyyarə qəzasında həlak olanlar belə yad edildi | Ukraynadan görüntülər

Siyasət
26 dekabr 2024
Həmzət Kadırov hücum faktını təsdiqlədi | "Caliber.Az" sensasiyalı məlumat yaydı

Həmzət Kadırov hücum faktını təsdiqlədi | "Caliber.Az" sensasiyalı məlumat yaydı

Siyasət
26 dekabr 2024
Seçilmişlər
icon