Siyasət
Pleyeri seçin:
Prezident COP-dan sonra da ölkəmizi qaralayanları ifşa etdi
“Bu il Azərbaycanda keçirilən COP29 müstəqillik tariximizdə ən böyük tədbir oldu”.
Bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.
“COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan “qeyri-hökumət təşkilatları”nın və saxta media orqanlarının bütün səyləri əbəs oldu”, – İ.Əliyev qeyd edib.
Azərbaycana qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyasının aparıldığını və bunun COP-dan sonra da artıq iki aya yaxındır davam etdiyini vurğulayan dövlət başçısı bildirib:
“Ümid edirəm ki, gələn il yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq”.
Kopyalandı
Seçilmişlər