Prezident İlham Əliyev Aİ komissarını qəbul etdi | Görüşün detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq əlaqələri yeni müstəviyə keçir. Baku TV-nin xüsusi buraxılışında qeyd olunur ki, Prezident İlham Əliyev Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyini qəbul edib. Görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycanın bərpa olunan enerji potensialı və Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rol əsas müzakirə mövzusu olub. Oliver Varhelyi Azərbaycanın Aİ üçün etibarlı tərəfdaş olduğunu vurğulayaraq, iqtisadi-investisiya planı çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib. Həmçinin, Ermənistan və Azərbaycan arasında sülh prosesi, regionda kommunikasiyaların açılması və işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatlarına Aİ-nin dəstəyi barədə geniş fikir mübadiləsi aparılıb. Strateji tərəfdaşlığın gələcək yol xəritəsi və Bakı-Brüssel xəttindəki ən son diplomatik gəlişmələr bu süjetdə.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV
- Prezident Bakıda FIFA U-15 finalçılarını mükafatlandıracaq - Baku TV
- Azərbaycan Prezidentindən Türkiyə liderinə 29 Oktyabr təbriki - Baku TV
