Prezident İlham Əliyev BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi - Baku TV
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “2PointZero” şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyanı, “International Holding Company”nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebi, həmçinin “International Resources Holding” şirkətinin baş icraçı direktoru Əli Alraşdini qəbul edib.
“2PointZero” şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlət başçısına çatdırıb.
Qonaq qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək istiqamətində tapşırıq verib. O, əlaqələrimizin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyərək Azərbaycanla BƏƏ arasında uzunmüddətli uğurlu tərəfdaşlığın qurulduğunu vurğulayıb.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş edib.
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın bu ilin sentyabrında Azərbaycana, Qarabağa səfərini, həmçinin onunla ölkəmizdə və Birləşmiş Ərəb Əmirliklərində keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Əlaqələrimizin strateji tərəfdaşlıq müstəvisinə qalxdığını deyən dövlət başçısı siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu vurğulayıb, müxtəlif sahələrdə əməkdaşlığımızın genişləndiyini qeyd edib, ölkələrimiz arasında qarşılıqlı dəstəyi yüksək qiymətləndirib.
Bərpa olunan enerji sahəsində BƏƏ-nin Azərbaycanın strateji tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev bu istiqamətdə imzalanmış sənədləri qeyd edərək əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu vurğulayıb. Dövlət başçısı Azərbaycan-BƏƏ əməkdaşlığının daha geniş region üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Söhbət zamanı siyasi, iqtisadi-ticari, neft-qaz və digər istiqamətlərdə ikitərəfli əlaqələrimizin inkişafı vurğulanıb.
Enerji infrastrukturu, bərpa olunan enerji, investisiyalar, informasiya texnologiyaları, mədən sənayesi və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü - Baku TV
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
- Donald Tramp İlham Əliyevə davamlı dəstəyinə görə təşəkkür edib - Baku TV
- BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərləri Prezidentin qəbulunda - Baku TV
- İlham Əliyev Finlandiya Prezidentini təbrik edib - Baku TV
