Pleyeri seçin:

Prezident İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini təbrik etdi

24 avqust 2025 435 baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskini təbrik edib.

“24 Avqust – Müstəqillik Günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm”, – deyə təbrikdə qeyd olunur.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan-Ukrayna dövlətlərarası əlaqələri xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbətdən, onlar arasında tarixən təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrindən qaynaqlanır:

“Hazırda bu möhkəm təməllər üzərində qurulan münasibətlər inkişaf edir və yeni məzmunla zənginləşir. Siyasi dialoqumuz, iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığımız ikitərəfli əlaqələrimizi səciyyələndirən başlıca amillərdəndir”.

Ölkə başçısı qeyd edib ki, ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir. Azərbaycan dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərməyə davam edəcək.

“Əminəm ki, Azərbaycan-Ukrayna dostluq əlaqələrinin və qarşılıqlı fəaliyyətinin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, – deyə təbrikdə bildirilir. 

Prezident İlham Əliyev Bakıda keçirilən sərgilərlə tanış oldu - Baku TV

Prezident İlham Əliyev Bakıda keçirilən sərgilərlə tanış oldu - Baku TV

Siyasət
05 may 2026 435 baxış
Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət ödəyəcək - Baku TV

Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət ödəyəcək - Baku TV

Siyasət
05 may 2026 435 baxış
Meloni–Əliyev dialoqu: geosiyasi qərarların mərkəzində hansı razılaşmalar var? - AKTUAL GÜNDƏM

Meloni–Əliyev dialoqu: geosiyasi qərarların mərkəzində hansı razılaşmalar var? - AKTUAL GÜNDƏM

Siyasət
05 may 2026 435 baxış
Ceyhun Bayramov və Kaya Kallas əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib - Baku TV

Ceyhun Bayramov və Kaya Kallas əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib - Baku TV

Siyasət
05 may 2026 435 baxış
Meloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi? - Baku TV

Meloninin Azərbaycana səfəri Avropaya hansı mesajları verdi? - Baku TV

Siyasət
05 may 2026 435 baxış
İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

Siyasət
05 may 2026 435 baxış
Prezident 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

Prezident 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

Siyasət
05 may 2026 435 baxış
Mirzoyan: “Ermənistan fırtınanın episentrində olmağın nə demək olduğunu bilir”

Mirzoyan: “Ermənistan fırtınanın episentrində olmağın nə demək olduğunu bilir”

Siyasət
05 may 2026 435 baxış
Makron “erməni soyqırımı” memorialını ziyarət etməklə hansı mesajı verir? - Baku TV

Makron “erməni soyqırımı” memorialını ziyarət etməklə hansı mesajı verir? - Baku TV

Siyasət
05 may 2026 435 baxış
İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul etdi - Baku TV

İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul etdi - Baku TV

Siyasət
05 may 2026 435 baxış
Seçilmişlər
icon