Pleyeri seçin:

Prezident Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidentini qəbul etdi

15 mart 2024 212 baxış

Prezident İlham Əliyev martın 15-də Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşingeri qəbul edib.

Dövlət başçısı Münxen Təhlükəsizlik Konfransının iclaslarında mütəmadi iştirak etməsindən və bu çərçivədə aparılan müzakirələrdən məmnunluğunu bildirib.

Prezident İlham Əliyev bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransına səfəri çərçivəsində Azərbaycan ilə Münxen Təhlükəsizlik Konfransı arasında COP29-la əlaqədar əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib.

Söhbət zamanı COP29-un Azərbaycanda keçiriləcək sessiyası çərçivəsində Münxen Təhlükəsizlik Konfransının iqlim təhlükəsizliyi mövzusuna və sülh gündəliyinə həsr olunmuş ayrıca bir tədbirinin təşkilinə dair müzakirələr aparılıb.

Volfqanq İşinger Münxen Təhlükəsizlik Konfransı Fondunun il ərzində dünyanın müxtəlif bölgələrində də tədbirlər keçirdiyini deyərək, ölkəmizin bu tədbirlərdə təmsil olunması ilə əlaqədar dəvətini çatdırıb. Söhbət zamanı regional sülh gündəliyi ilə bağlı müzakirələr aparılıb.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin təşəbbüskarı olduğunu və sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin məhz Azərbaycan tərəfindən təklif olunduğunu vurğulayıb.

Görüşdə COP29-un sülh gündəliyinə xidmət edəcəyi qeyd olunub. Dövlət başçısı bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar əldə olunan razılaşmalar məhz sülh gündəliyi əsnasında meydana çıxan məqamlardır. Azərbaycan da bu xüsusda regionda COP29 kontekstində sülh gündəliyinin irəliyə aparılması üçün səylərini göstərəcək.

"1988-ci ildə əhali etiraz əlaməti olaraq Türkiyə sərhədinə toplaşdı" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"1988-ci ildə əhali etiraz əlaməti olaraq Türkiyə sərhədinə toplaşdı" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
13 fevral 2026 212 baxış
Prezident Münxendə Slovakiya Baş nazirinin müavini ilə nələri müzakirə etdi? - Baku TV

Prezident Münxendə Slovakiya Baş nazirinin müavini ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
13 fevral 2026 212 baxış
“Bakı və Ankara buna görə Paşinyanı dəstəkləyir” | Con Herbst 

“Bakı və Ankara buna görə Paşinyanı dəstəkləyir” | Con Herbst 

Siyasət
13 fevral 2026 212 baxış
İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşdü - Baku TV

İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşdü - Baku TV

Siyasət
13 fevral 2026 212 baxış
İlham Əliyevin Münxendə Neçirvan Bərzani ilə görüşündən görüntülər - Baku TV

İlham Əliyevin Münxendə Neçirvan Bərzani ilə görüşündən görüntülər - Baku TV

Siyasət
13 fevral 2026 212 baxış
İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb - Baku TV

İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb - Baku TV

Siyasət
13 fevral 2026 212 baxış
Prezident Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya getdi

Prezident Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya getdi

Siyasət
13 fevral 2026 212 baxış
Prezident İlham Əliyev Almaniyaya səfərə getdi - Baku TV

Prezident İlham Əliyev Almaniyaya səfərə getdi - Baku TV

Siyasət
13 fevral 2026 212 baxış
Azərbaycan və Ermənistan nümayəndələri arasında keçirilən görüşün detalları - Baku TV

Azərbaycan və Ermənistan nümayəndələri arasında keçirilən görüşün detalları - Baku TV

Siyasət
13 fevral 2026 212 baxış
Ermənistanda mühüm toplantı | Azərbaycan nümayəndə heyətinin səfəri ilə bağlı detallar - Baku TV

Ermənistanda mühüm toplantı | Azərbaycan nümayəndə heyətinin səfəri ilə bağlı detallar - Baku TV

Siyasət
13 fevral 2026 212 baxış
Seçilmişlər
icon