Pleyeri seçin:

Prezident Özbəkistanın xarici işlər nazirini qəbul edib

05 iyul 2023 276 baxış

İyulun 5-də Prezident İlham Əliyev Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovu qəbul edib.

Baxtiyor Saidov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin əziz dostu və qardaşı Prezident İlham Əliyevə salamlarını çatdırıb. Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş edib.

Özbəkistan xarici işlər naziri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və nazirlər görüşünün uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkə başçısının müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq fəaliyyətin davam etdirildiyini və qarşıya qoyulmuş bütün məqsədlərin diqqətdə saxlanıldığını vurğulayıb.

Prezident İlham Əliyev öz növbəsində Özbəkistana dövlət səfərini məmnunluqla xatırlayıb. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərdə Özbəkistan tərəfindən məktəb tikintisi layihəsinin xüsusi önəm daşıdığını bildirib. Prezident Şavkat Mirziyoyevin tezliklə Azərbaycana səfərinin gözlənildiyini qeyd edib.

Söhbət zamanı Azərbaycanın və Özbəkistanın Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdikləri diqqətə çatdırılıb, ikitərəfli gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Banner
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 276 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 276 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 276 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 276 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 276 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 276 baxış
Azərbaycanlıların əcdadlarının yaşadığı kəndin tarixini necə silməyə çalışdılar? - Baku TV

Azərbaycanlıların əcdadlarının yaşadığı kəndin tarixini necə silməyə çalışdılar? - Baku TV

Siyasət
24 oktyabr 2026 276 baxış
Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV

Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV

Siyasət
24 oktyabr 2026 276 baxış
Ermənistan ərazisində aşkarlanan qəbiristanlıq keçmişin izlərini qoruyur - Baku TV

Ermənistan ərazisində aşkarlanan qəbiristanlıq keçmişin izlərini qoruyur - Baku TV

Siyasət
24 oktyabr 2026 276 baxış
İkitərəfli münasibətlər hansı prinsiplərlə inkişaf edəcək? | Bağçalıdan tərəfdaşlıq mesajı - Baku TV

İkitərəfli münasibətlər hansı prinsiplərlə inkişaf edəcək? | Bağçalıdan tərəfdaşlıq mesajı - Baku TV

Siyasət
23 oktyabr 2026 276 baxış
Seçilmişlər
icon